elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 октября 2012 г.

Hacıbalayeva Vüsalə


Vüsalə körpəlikdə hər şeylə maraqlanan, tez qavrayan uşaq olub. Nağıllara qulaq asmağı, cizgi filmlərini seyr etməyi sevərdi. Məktəbə gedənə qədər yazıb-oxumağı anasının sayəsində öyrənmişdi.
Körpəlikdən həmişə kiçik bacılarının qayğısına qalırdı.
Vüsalə Hacıbalayeva 1983-cü il aprelin 4-də Gəncə şəhəri anadan olmuşdur. Elə həmin şəhərdə 1990-cı ildə Uşinski adına 29 saylı orta məktəbin I sinfinə daxil olmuşdur. 2000-ci ildə həmin məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Aviasiya Akademiyasınını beynəlxalq münasibətlər fakultəsinə daxil olmuşdur. Bakalavr pilləsində ali təhsilini başa vurandan sonra həmin universitetin magistratura pilləsinə daxil olmuşdur. Hazırda İqtisadi İnkişaf Nazirliyi nəzdində iqtisadi islahatlar bölməsində aspirantura pilləsində təhsil alır.
Orta məktəbdə əla qiymətlərlə oxuyub. Dəqiq elmlərə xüsusi maraq göstərirdi. Universitetin bakalavr və magistratura pillələrini fərqlənmə diplomu ilə bitirib. Universitetə qəbul olduğu gün onun üçün ən uğurlu gündür.
İqtisadi islahatlarda yeni fikirlər irəli sürməklə iz qoymaq istəyir.
Əldə etdiyi uğurlara görə hər an ona kömək olduqları üçün müəllimlərinə və valideynlərinə borclu olduğunu bildirir qəhrəmanımız.
Xoşbəxtliyi Azərbaycan xalqı üçün xeyirli işlər etməkdə görür. Azərbaycan iqtisadiyyatında irəliləyişlər etməklə tarixin yaddaşında yaşamaq istəyir.
Asudə vaxtlarında kitab oxuyur, internetdə axtarışlar edir.

Комментариев нет:

Отправить комментарий