Ailə
həyatı qurduqdan sonra yaxınların və qohumların iştirak etdiyi bir məclisdə
kiçik bacım Südabə xanım bizə 2 oğlan övladı arzuladı: Orxan və Urxan. Ulu
tanrının köməyi ilə bacımın arzusu gerçəkləşdi. 1987-ci ildə Orxan, 1989-cu ildə
isə Urxan adlı 2 oğlan övladını dünyaya gətirən Gülnarə xanım və bu vaxta kimi çox
xoşbəxt idi. Bu adların seçilməsi o vaxt dəbdə olması ilə yanaşı türk soykökünə
bağlılığa bir işarə idi. Urxan körpəlikdə çox maraqlı uşaq olub. Olduqca cəld və
qıvraq idi. Urxan 5 yaşında olanda anası Gülnarə xanım ona yazıb-oxumağı öyrətmişdi.
Urxan
Əli oğlu Məmmədov 1989-cu ildə yanvarın 15-də Bakıda anadan olmuşdur. 1995-ci
ildə Nərimanov rayonundakı Natiq Tağıyev adına 212 saylı orta məktəbin I sinfinə
getmiş, 2006-cı ilə həmin məktəbin XI sinfini bitirmişdir. 2005-2006-cı illərdə
ali məktəbə hazırlıq məqsədilə “Zirvə” kursuna təhsil almışdır. Dil hazırlığı
üzrə ümumi sınaq imtahanlarında qazandığı uğurlarına görə tərifnamə ilə təltif
olunmuşdur. 2006-cı ildə
ADU-nun roman, german fakültəsinə qəbul olunmuşdur. 2010-cu ildə isə universiteti
bitirmişdir. 2006-cı ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində bir
müddət çalışmış, ona verilən on minlərlə cümləni sintaktik təhlil edərək təhvil
vermişdir.
Urxan
BDU-nun tarix fakultəsinə qəbul olmaq istəyirdi. Təsadüfi deyil ki, dilçiliyə və
tarixə aid bütün suallara düzgün cavab vermişdir. Həmin il BDU-nun keçid balı
491 olduğu halda, birdən-birə III qrup üzrə keçid balları 100,120 bal arasında
artmışdır. Elə ona görə də, 515 bal toplamasına baxmayaraq ADU-ya qəbul
olmuşdur. Bütün bunlara baxmayaraq dilçiliyə böyük maraq göstərmişdir. Hələ
“Zirvə” kursunda əlavə hazırlıq məqsədilə təhsil alarkən “İctimai” radioda Azərbaycanda
dilçiliyin vəziyyətinə həsr olunmuş bir verilişə dəvət olunmuş, aparılan
müzakirələrdə fəallıq göstərmiş, ayrıca çıxışı olmuşdur.
Asudə
vaxtlarında idmanla məşğul olurdu. Özünü hərbi xidmətə hazırlayırdı. Bədii
kitablara böyük maraq göstərirdi. Tahir Kazımovun “Qisas”, Elxan Elatlının “Qan
ləkəsi”, “Yeddinci mərtəbədə qətl”, Ernst Heminqueyin “Əlvida Silah”, Cəmil Əlibəyovun
“Dünyanın o biri üzü”, Cəmşid Əmirovun “Qara Volqa”, Sabir Rüstəmxanlının “Ömür
kitabı”, Sadıq Elcanlının “Mənim mövqeyim”, Bəxtiyar Vahabzadənin “Axı, dünya
fırlanır” əsərləri onun kitab rəfini bəzəyir. Bundan əlavə Urxan bir neçə kitabxananın
üzvü idi və oradan aldığı, geri qaytardığı adlarını unutduğumuz çoxlu sayda
kitablar oxumuşdur. O, eyni zamanda qəzələ və şeirə böyük maraq göstərirdi
“Qaldı” adlı bir şeir yazmışdır. Həmin şeirin bir neçə bəndi indi onun məzarlıqdakı
sinə daşının üstünə həkk olub:
Urxan, arzuların tükənməz yolu,
Döndü xəyallara ürəkdə qaldı.
Bülbüldən yarıçün çox etdim fəqan,
Göz yaşım tökülüb şişədə qaldı.
Əzabdan bezəndə ölüm axtardım,
Ölümçün fərmanım fələkədə qaldı.
Ömür boyu zəhmət çəkib gülmədim,
Bütün arzularım ürəkdə
qaldı.
Hər gün
Öldürür yarın həsrəti
məni vallah,
Gözüm istər görə
cananı hər gün.
Eşitməyəndə səsini kar
oluram.
Səsləməkdir təsəllim
adını hər gün.
Çatmasa da sənə əli divanənin,
Röyada görmək istər yarını hər gün.
Sənsiz həyat ölümdür, onunçün bu aşiq,
Öz əliylə qazır məzarını hər gün.
Bilmək istəsən halını
mehmanım ol,
Urxanın eşit
ahu-zarını hər gün.
Atası Əli bəyin dedikləri: “ - Urxanın həyatından maraqlı bir faktı qeyd etmək
istəyirəm. Hərbi xidmətə getməyinə təxminən bir həftə qalmışdı. Günorta idi.
Divanda oturub kitab oxuyurdu. Birdən kitabı kənara qoyaraq məndən soruşdu: “Ata Badamdarda qəbiristanlıq varmı? Hər iki tərəfi dağla əhatə
olunubmu? Orada Xocahəsən şosesi varmı? “Qurd qapısı” o qəbiristanlığın
yanındadırmı? Mən “Qurd Qapısı”nın harada olduğu və onun yanında qəbiristanlıq
olduğunu izah etdim. Sonradan Urxan hərbi xidmətə yola düşdü. 2010-cu ilin
iyulun 14-də vətən qarşısında xidmətini yetirərkən MN-nin “N” saylı hərbi hissəsində
şəhidlik zirvəsinə yüksələrək əbədiyyətə
qovuşdu. Xeyli vaxt keçdikdən sonra bir gün yoldaşım göz yaşları axa-axa mənə
bir kitab verdi ki, Urxan tapşırmışdı ki, atama deyərsən bu kitabın cırılmış vərəqlərini
yapışqanla yapışdır. Kitabın vərəqlərini
yapışdırarkən bunun mənə sual edib qəbiristanlıq haqda kitab olduğunu bildim. Qəhər məni
boğurdu, kitaba diqqət etdim. Məlum oldu ki, bu Tahir Kazımovun “Qisas”
kitabıdır. Kitabı oxuyarkən məlum oldu ki, Urxan məndən indi özünün məzarı
olduğu qəbristanlığı soruşurmuş. Hər iki tərəfdən əhatə olunmuş Şubanı dağıdır.
Ortadan gedən şosse isə
Xocahəsən şossesidir. Sanki
oğlum harada dəfn olunacağını əvvəlcədən
bilirdi. Bu onun uzaqgörənliyi, həyatın möcüzəsi idi. Mən bundan çox təsirləndim,
göz yaşları içərisində onun cib dəftərçəsindən bir cümləni başlıq seçərək aşağıdakı
şeiri oğlumun ruhuna ithaf etdim: “Doğulandan ölənə, öz neçə minillik yolu, təcrübəsi,
dərdli, qələbə və itkiləri ilə Vətən bizim içimizdən, ömrümüzdən, qanımızdan və
canımızdan keçir.”
Urxan
Özün seçdin, özün
getdin bu yolu
Getdiyin bu yolun mübarək oğul!
Namus, qeyrət, vicdan oldu amalın,
Seçdiyin bu amal mübarək oğul,
Bir gün “Qurd qapısı” hardadır? deyə
Orda qəbiristanlıq varmı? - soruşdun.
Xocahəsən şossesi, o dağlar,
Oxudun kitabdan, məndən soruşdun.
Mən hadan biləydim sorduğun məkan,
Müqəddəs yeridir əbədiyyətin.
Bizimçün ziyarət yeri olacaq,
Bəlli məzarında mübarək, oğul!
Əlimə alaraq həmin kitabı,
Oxudum, öyrəndim mən bunları:
Şubanı dağıdır, o qoşa dağlar
Qoşa dağlarına mübarək, oğul !
Şahidlik eləyir Şubanı dağı,
Necə yoxlayırıq biz məzarını.
Dumanlı o dağın ətəklərində
Qurduğun yuvana mübarək, oğul !
Ana şairə olub, atan yazıçı,
Gəzdirir qəlbində dərdi ağrını
Bizm üçün yazılıb ayrılıq vaxtı,
Ömrünün baharına mübarək,
oğul !
Sən
Əbədi qonağısan röyamın sən !
Qəlbimdəsən, ruhumdasan, canımdasan sən
Bir ürəkdə iki cansan, yaşayırsan sən !
Ruhun göylərdə, özün canımdasan sən
Qaranlıq dünyamın ulduzuydun sən !
Zülmət gecələrin səhəriydin sən
Düzgün yol göstərən mayak idin sən !
Hər yana nur saçan işıq idin sən
Həyat bağçasında bir gün idin sən !
Nəşəli həyatın özün idin sən
Atanın döyünən qəlbi idin sən
Ananın vüqarı, fəxri idin sən
Ağıl, elmin dünyasında lider idin sən !
Üfüqdə parlayan günəş idin sən
Tanrının verdiyi mələk idin sən !
Ailənin başının tacı idin sən
Dumanlı dağların zirvəsiydin sən !
Allahın ən gözəl övladı idin sən
Nə qədər ömrüm var, yaşayıram mən !
Röyamın əbədi qonağısa sən
Həqiqət aşiqiydin, ədalətin özüydün sən!
Ailənin əzizi, istəklisi, gözüydün sən
Sənsiz qalan kitabların səni məndən soruşur
Axı, sən niyə qayıtmadın, de niyə qayıtmadın?!
Bütün bunlara rəğmən
Urxan dinə bağlı adam idi. Son illər müntəzəm olaraq oruc tuturdu. Dostları
ilə birlikdə tez-tez məscidlərə gedərdi. Mir Möhsün Ağanın ziyarətgahında
olmuşdur. Dünyasını dəyişdikdən sonra anası Gülnarə xanım namaz qılmağa başlamışdır.Bu
zaman ona bəzi dini materiallar lazım olmuşdur. Gecə anasının yuxusuna girərək
kitabların arasında belə materiallar yazıb qoymağını demişdi. Sən demə namaz
qılmaq üçün qabaqcadan bu materialları əldə etmişdir. İndi anası ondan istifadə
edərək namaz qılır. Onun 21 illik parlaq həyatı bugünki gənclik üçün örnəkdir.
Urxan onu tanıyanların qəlbində əbədi yaşayacaqdır!
e-mail: offended@box.az.
Комментариев нет:
Отправить комментарий