Körpəlikdə
çox sakit, sağlam, ağıllı bir uşaq olub. 3-4 yaşlarında özünün haqlı olduğunu
sübut edə bilməyəndə hirsindən gözləri qızarırdı. Şahmat fiqurları, ev əşyalarının
balaca maketlərini hazırlayırdı. Uşaqlıqda düzəltdiyi oyuncaqları anası indi də
saxlayır. Xoşladığı məşğuliyyət kitab oxumaq, balıq tutmaq, müxtəlif ölkələrin
vayutalarını toplamaq idi.
Anası
dedi: “ - Məktəbə gedənə kimi yazıb-oxumağı bilirdi. Böyük bacısının
kitablarını vərəqləyir və səhifələrə diqqətlə baxırdı. Çoxlu şeir öyrənmişdi. Kiçik
bacısı da bu şeirləri bilirdi. Rəşadətin bunları bilməsi bizi təəccübləndirmirdi.
Buna adi hal kimi baxırdıq. Ancaq onun bütün ikirəqəmli və üçrəqəmli ədədləri
öyrənməyi bizi bu uşağın taleyi haqqında çox maraqlanmağa vadar etmişdi. Evdən
bir qalın səhifəli kitab tapıb mənim yanıma gətirdi. 10 qədər rəqəmləri
bilirdi. Kitabı vərəqləyib
11 göstərib dedi ki, bu neçədir? Dedim on bir. Başladı 19-a qədər öyrənməyə.
Sonra 20-ni göstərib onuda öyrəndi. Beləliklə, mənim etirazıma baxmayaraq, məni
məcbur eləyib, soruşub 200-ə qədər ədədləri bir günə öyrənmişdi”.
Rəşadət istedadlı uşaq olsa da bu istedadı inkişaf
etdirdiklərinə, övladımıza atalıq qayğısı göstərdiklərinə görə Azərbaycandakı
bütün türk liseylərinə, onların kollektivinə minnətdarlığımızı və təşəkkürümüzü
bildiririk.
Rəşadətin dediklərindən: “ - Mən Rəşadət Nəsrəddin
oğlu Qədiməliyev 12 may 1984-cə ildə Quba rayonun Yenikənd kəndində anadan
olmuşam. 1991-ci ildə Quba şəhər 6 saylı məktəbdə oxumuşam. VI sinifdə imtahan verib
Quba Özəl Tərk liseyinə qəbul olmuşam. 2001-ci ildə həmin liseyin XI sinfini
bitirmişəm. Həmin il Türkiyənin Samsun şəhərindəki 19 Mayıs Universitetinə (fizika)
qəbul olundum. İki il təhsil aldıqdan sonra səhhətimlə əlaqədar təhsilimi yarımçıq
qaldı. Azərbaycana gəlib Topçubaşov adına Elmi-Tədqiqat Eksperimental Xəstəxanasında
əməliyyat olundum. 6 ay sonra 2004-cü il də hərbi xidmətə getmişəm. Hərbi xidməti
layiqincə yerinə yetirib Mingəçevir Türk Liseyində çalışmışam. 2 il orada işlədikdən
sonra 2007-ci ildə Qafqaz Universitetinə daxil olmuşam. Riyaziyyat və fizika
fakültəsinin tələbəsiyəm. Türk liseyləri ilə əlaqələrim var və onların bütün tədbirlərində
iştirak edirəm.
Uşaqlıqdan riyaziyyata marağım var idi. Fizikaya isə marağı müəllimlərim
yaradıblar.
Orta məktəbdə bütün fənləri sevirdim. Bilik yarışlarında ilk uğurum türk
liseyində keşirilən sınaq imtahanında zona üzrə II yeri tutmağım oldu. VII-VIII
siniflərdə liseyin tərifnamələri, diplomları, fəxri fərmanlar anamın sandığına
yığılmağa başladı. 1999 və 2000-ci illərdə fizika fənni üzrə respublika
olimpiadasının qalibi olmuşam və I dərəcəli, 2001-ci ildə III dərəcəli diplomla
təltif olunmuşam. Həmin il Xəzər universiteti də məni I dərəcəli diplomla təltif
etdi. 2000-ci ildə İngiltərənin Leisester şəhərində, 2001-ci ildə isə Türkiyənin
Antalya keşirilən beynəlxalq fizika olimpiadasında iştirak etmişəm.
Ali məktəbdə yaxşı oxuyuram. 2008 və 2009cu illərdə ali məktəb tələbələrinin
respublika fənn olimpiadasında fizika fənni üzrə I yerə layiq gürülmüşəm.
Asudə vaxtlarımda kitablarla, bilgisayarla məşğul oluram”.
Комментариев нет:
Отправить комментарий