elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

5 октября 2012 г.

Tağızadə Lamiyə Rüstəm qızı


Lamiyə Rüstəm qızı Tağızadə 8 fevral 1983-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə Xətai rayonu 257 saylı orta məktəbin I sinifinə gedib. 2000-ci ildə həmin məktəbin bitirərək Azərbaycan Tibb Universtetinin müalicə işi fakültəsinə daxil olub. 2006-cı ildə universteti bitirərək 5 saylı Şəhər Klinik Xəstəxanasında internaturaya başlamış, 2007-ci ildə terapevt ixtisası üzrə sertifikat almışdır.
Lamiyə: “ - Tibbə həvəs demək olar ki, özümü dərk edəndən başlayıb. Zamanla insanlar mənim üçün Tanrının yaratdığı mükəmməl varlıq olmaqla yanaşı fizioloji baxımdan da diqqətimi cəlb edirdi. Bu maraq həkim ixtisasını seçməyimə təkan olub. Onu da qeyd etməliyəm ki, bu ixtisası seçməyim valideynlərimin arzusu ilə üst-üstə düşüb. Bir də onu deyim ki, ixtisas seçimimdə son qərarı verdiyim ərəfədə televiziyada yayımlanan ABŞ-ın çəkdiyi “Təcili yardım” çoxseriyalı filmin də böyük rolu olub. Filmdə həkimlərin şəxsi həyatlarını nəzərə almadan xəstə insanlara necə yardım göstərmələri, sənətlərini seçmələrinin əks olunması bu qərarımı bir daha möhkəmlətdi. Təvazökarlıqdan uzaq olsa da orta məktəbdə I sinifdən sona kimi əlaçı olduğumu deməliyəm. Ən şox sevdiyim fənn riyaziyyat olub. Həmçinin fizika, biologiya və ədəbiyyatı da maraqla öyrənirdim. Ümumiyyətlə məktəbdə keçirilən tədbirlərdə, məktəblərarası bilik yarışları, rayon, şəhər olimpiadalarında fəal iştirak etmişəm. Məktəb dövründən ən güclü təəssüratım şair M. Arazın yaradıcılığına hazırladığım tədbirlə bağlıdır. Tədbirdə şairlə canlı ünsiyyətimiz yaddaqalan xatirələrdəndir. Bu tədbir televiziyada da nümayiş olunmuşdu.
Ali məktəbə də yaxşı oxumuşam. Tələbəlik həyatının öz maraqları olub. Ən çox sevdiyim fənlər psixiatriya, kevrologiya, histologiya olub. Həyatımda ən uğurlu gün yəqin ki, universitetə daxil olduğum gündür. Çünki həmin gün özümə inamım yüksəldi və həyatda yeni mərhələyə addım atmış oldum.
Bu səviyyəyə gəlib çatmağımda valideynlərimə çox minnətdaram. Müəllimlərimdən artıq vəfat etmiş ibtidai sinif müəllimim Sevil xanım, həmçinin orta məktəbdə riyaziyyat müəllimim Qətibə xanım mənə təkcə bu fənni deyil, həmçinin həyatla bağlı məsləhətləri ilə də bir çox şeyi öyrətmişdir. Həmçinin Nazilə xanım, Bəxtiyar müəllimin də rolu böyük olub. Sırf ixtisasımla bağlı minnətdarlıq duyduğum müəllimlər Rəhimə xanım, Telman müəllimə, Sürayə xanımdır.
Asudə vaxtlarımda qeyri-adi olmasa da bədii ədəbiyyat oxumağı, musiqi dinləməyi, film izləməyi sevirəm. Elə bir mövqedə olmaq istərdim ki, səhiyyəmizə xeyri olan qərarların verilməsində iştirak edə bilim. Bunun üçün ən azından əlimdən gələni etməyə çalışacam”. 

Комментариев нет:

Отправить комментарий