Emin körpəlikdən çılğın təbiətli, çevik uşaq olub. Ev
quşlarını çox sevirdi. Balaca vaxtlarından xobbisi nağıl kitablarını oxumaq
idi.
Emin Məhəmmədəli oğlu Hüseynov 1983-cü il dekabrın 30-da
İmişli rayonunda anadan olub. 1990-cı ildə İmişli rayon N. Nərimanov adına 1
saylı orta məktəbə daxil olub, 2000-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib.
2001-ci ildə 602 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə
daxil olub. 2007-ci ildə həmin universiteti bitirib. Peşəsinə mükəmməl yiyələnmək
üçün 2007-ci ildə Kazan Tibb Universitetinin ümumi cərrahiyə üzrə ordinaturasına
daxil olub. 2010-cu ildə Kazan Dövlət Tibb Universitetinin ümumi cərrahiyə üzrə
ordinatura şöbəsini yüksək biliklə başa vurmuş, təhsil aldığı müddətdə
professor və müəllim heyətinin rəğbətini qazanmışdır. Oxuduğu müddətdə Moskva şəhərində
keçirilən xaricdə təhsil alan Azərbaycan tələbələrinin “Gənclər Forum”unda
iştirak etmişdir. Hazırda Kazan şəhərində ixtisası üzrə həkim kimi fəaliyyət
göstərir. Sevimli məşğuliyyəti kitab oxumaq olub. Çünki savadlı həkim kimi
insanlara sağlamlıq bəxş etmək istəyir.
Orta məktəb illərində bütün fənləri eyni dərəcədə mənimsəməyə
çalışıb. Xüsusilə kimya, biologiya, fizika, ana dili və ədəbiyyat fənlərinə
marağı çox olub. Məktəbin ictimai işlərində və idman yarışlarında fəal iştirak
edib. Ali məktəbdə oxuyarkən də dərslərini yaxşı və əla qiymətlərlə oxuyub.
Sevimli fənləri histologiya, patoloji anatomiya və başqaları idi. Ali məktəbin
ictimai işlərində fəal iştirak edib.
Həyatında ən maraqlı gün I sinfə qədəm qoyduğu, ən
uğurlu gün isə 602 balla universitetə qəbul olduğu gündür. İxtisasına görə
valideynlərinə, orta məktəbdə müəllimlərinə və universitetin müəllim və
professor heyətinə minnətdar olduğunu deyir. Məşhur cərrah Mustafa Topçubaşov onun
idealıdır.
Emin: “ - Qəbul imtahanlarında göstərdiyi nəticələrə
görə orta məktəb müəllimləri Nizami, Təvəkkül, və Aybəniz, Nərgiz müəllimlər
borcludur. Bəzən işıq sönəndə lampa işığında gecə səhərə kimi kitab oxuyurdu.
Ali məktəbi bitirdikdən sonra doğma rayonumuzda işləmək
istəyirəm.
Asudə vaxtlarında kitab oxuyuram, kompüterlə məşğul
oluram, tibbi yeniliklərlə maraqlanıram. Fəaliyyətim barədə “Həqiqət və
reallıq” qəzetində məqalə geniş dərc olunmuşdur”.
Комментариев нет:
Отправить комментарий