elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 октября 2012 г.

Səmədova Ülkər Nazim qızı


Ülkər “Dan ulduzu”dur. Göydə parlayan tək ulduzdur. Qəhrəmanımız Ülkər də parlayan ulduzdur.
Ülkər sakit, tərbiyəli, mehriban, ünsiyyət qurmağı sevən, kollektivə tez uyğunlaşan uşaq olub. Uşaqlıqdan şəkil çəkməyi xoşlayıb. Ülkərin həm atası, həm də əmiləri memardırlar. Bu istedad ona atasından keçib.
Ülkər Nazim qızı Səmədova 13 sentyabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşam. 1991-ci ildə Bakı şəhəri Nəsimi rayonunda yerləşən 16 saylı orta məktəbə daxil olmuş, VII sinfədək orada təhsil almışam. Daha sonra təhsilimi Almaniya Federativ Respublikasının Bergheim şəhərində davam etdirmişəm. 2001-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı şəhər İcra Hakimiyyətinin Xarici Əlaqələr və İnvertisiyalar Proqramları departamentində çalışmışam. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universtetinin beynəlxalq iqtisadi münasibətlər fakultəsinə daxil olmuşam. Daha sonra 2006-cı ildə həmin universitetin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistratura pilləsinə daxil olmuş və 2008-ci ildə fərqlənmə ilə bitirmişəm. Hazırda Xarici İşlər Nazirliyinin Maliyyə İdarəsində çalışıram.
Ülkər: “ - İqtisadiyyatı güclü olan dövlət siyasi arenada hər şeyə qadirdir. Demək məqsəd güclü iqtisadiyyata nail olmaq, savadlı iqtisadçılar, siyasətçilər yetişdirməkdir. Mənim bu ixtisası seçməkdə məqsədim ölkə iqtisadiyyatının güclənməsində bir kadr olaraq yer almaqdır.
Orta məktəbdə dərslərimi yaxşı oxumuşam və sevimli fənlərim riyaziyyat, coğrafiya və rəsm olub. Elmi yarışlarda, ictimai işlərdə fəal iştrak etmişəm. 5-6 may 1997-ci ildə Bakı şəhərində keçirilmiş “Dünya xəritəsi uşaqların gözü ilə” adlı ikinci respublika uşaq xəritə sərgisinin III dərəcəli diplomu ilə təltif edilmişəm. Ali məktəbdə sevimli fənlərim siyasi tarix, iqtisad tarixi, beynəlxalq iqtisadi münasibitlər fənləri olub. 21 mart 2004-cü il tarixində keçirilən bilik yarışmasında I yerə layiq görülmüşəm. Bundan başqa ali məktəb tələbələrinin X respublika olimpiadasında alman dili fənni üzrə mükafata layiq görülmüşəm.
Həyatımda ən uğurlu gün ali məktəbə daxil olduğum gün olub. Bundan başqa uğur qazandığım, mükafat aldığım hər gün mənim üçün uğurludur, çünki hər bir uğurun arxasında böyük zəhmət və əzm durur. Bu sənəti sevməyimdə müəllimlərimin yolu böyük olub. Qəbul imtahanlarında göstərdiyim nəticələrə görə valideynlərimə və müəllimlərimə minnətdaram. Valideynlərim məni istiqamətləndirdikləri və bilik fundamentinin yaranmasında əvəzsiz rol oynadıqlarına görə minnətdaram. Bu fundamenti inkişaf etdirən müəllimlərimə də borcluyam. Sınaq imtahanlarında kifayət qədər yüksək bal toplamışdım.
Mən artıq arzuma çatmışam. Xarici İşlər Nazirliyində çalışıram.
Mənim fikrimcə Azərbaycanı vətənini sevən hər bir azərbaycanlının arzusudur ki, işğal olunmuş torpaqları geri qaytarsın. Bu hadisə baş verdikdə digər bir arzu yaranmayacaq. Gələcəkdə qazandığım, müəllimlərimdən öyrəndiyim bilikləri öz tələbələrimə çatdırmaq ən böyük arzumdur. Müəllimlik pilləsinə, zirvəsinə qalxmaq çox şərəflidir. Diplomat olaraq Azərbaycanı layiqincə təmsil etməklə, maraqlarını qorumaqla mühüm məsələlərdə tarixin yaddaşında qalmaq istərdim.
Asudə vaxtlarımda kitab oxumağa üstünlük verirəm, dünya ədəbiyyatına üstünlük verirəm”.

Комментариев нет:

Отправить комментарий