Emil musiqi sədaları altında
yatırdı, sahmat və futbol oynamağı xoşlayırdı, maşında gəzməyi sevirdi, atalar
sozu əzbərləməyə meylli idi, tapmaca deməyi xoşlayırdı. Məktəbə gedənə qədər şəkillərlə
oxumağı bacarırdı.
Emil Rafael oğlu Hüseynzadə
22 dekabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Mehdiabad qısıbı
1 saylı orta məktəbində I sinfə gedib. 1998-ci ildə imtahan yolu ilə Sumqayıt
Özəl Türk Liseyinə qəbul olub və VII sinifdən etibarən orda oxumağa başlayıb.
2003-cü ildə liseyi müvəffəqiyyətlə bitirərək 610 balla Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinin
menecment ixtisasına daxil olub. 2007-ci ildə akademiyanın bakalavr pilləsini fərqlənmə
diplomu ilə başa vurduqdan sonra Türkiyə Respublikası Üniversitetlərində dövlət
hesabına təhsil almaq üçün keçirilən qəbul imtahanında yüksək bal toplayaraq
Marmara Üniversiteti iqtisadi və idarəetmə elmləri fakültəsinin tədris dili
ingiliscə olan menecment ixtisasının magistratura pilləsinə daxil olub.
2007-2008-ci illər ərzində Ankarada türk dili və ədəbiyyatını tədris edən
hazırlıq kursu keçmiş və tədris ilinin sonunda imtahanı uğurla verib kursu başa
vurmuşdur. Rus, türk və ingilis dillərində də səlist danışa və yaza bilir.
Emilin həyatına öz dilindən nəzər
salaq: “ - Ailəmdə həkimlərin üstünlük təşkil etməsinə baxmayaraq ixtisas
seçimi ilə bağlı üzərimdə heç vaxt təzyiq olmayıb. Valideynlərim sadəcə gələcək
həyatımla bağlı istiqamətlər verərək son seçimi mənə həvalə eləyib. Menecment
(idarəetmə) ixtisasına maraq isə liseydəykən oyanıb. Bu ixtisası seçməyimdə əsas
rolu şəxsi keyfiyyətlərim və xarakterim oynayıb. Fikrimcə, insan öz həyat
yolunu, eləcə də gələcək ixtisasını seçməmişdən əvvəl özünü kəşf etməli, öyrənməlidir.
Bundan sonra ixtisas seçimi də çox rahat olur.
Orta məktəbdə hər zaman əlaçı
olmuşam. Ən çox sevdiyim fənlər riyaziyyat, coğrafiya və ingilis dili olmuşdur.
Əsas sosial-ictimai fəaliyyətim lisey illəri ilə bağlıdır. Belə ki, bu illərdə
bir çox liseydaxili tədbirlərin təşkilatçısı olmaqla yanaşı, sosial-ictimai yarışlarda
da aktiv sürətdə iştirak etmişəm. Liseydə təhsil aldığım 5 il ərzində sinif
nümayəndəsi olmuşam. Liseydə tədris aldığım dövrdə ildə 2 dəfə fərqlənən tələbələrə
verilən tərifnamə kolleksiyam var. Riyaziyyat fənni üzrə Sumqayıt şəhər
olimpiadasında liseyi təmsil etmişəm və 2000-ci ildə III yerə layiq görülmüşəm.
2003-cü ildə liseylər tərəfindən ingilis dili, türk dili və informatika üzrə səviyyə
təsbit etmə imtahanında yüksək bal əldə etdiyimə görə müvafiq sertifikatlarla təltif
olunmuşam. Ali məktəblərə qəbul imtahanında yüksək bal topladığıma görə 2003-cü
ildə Sumqayıt şəhər Təhsil İdarəsi tərəfindən xüsusi diplomla təltif olunmuşam.
2003-cü ildə daxil olduğum
Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə başa vurdum. Qiymət
ortalamam “5”
üzərindən “4.8”
idi. Akademiyada sosial fəaliyyət sahəsində də fəal iştirak etmişəm. 2005-ci
ildə akademiya tarixində baş tutan ilk futbol çempionatının təşkilatçısı
olmuşam. Akademiyanın ilk Gənclər Təşkilatının təftiş komissiyasının üzvü,
Akademiya Tələbə Elmi Cəmiyyətinin üzvü və qrup üzrə sədri olmuşam.
Hazırda magistratura pilləsində
ingilis dilində təhsil aldığım Marmara Üniversitetində dərslərimi bitirmiş,
dissertatsiyamı yazmaqdayam. Dərslərdəki qiymət ortalamam “4” üzərindən “3.57” dir ki, bu da çox yüksək
göstərici hesab edilir.
Ali məktəbi bitirdikdən sonra transmilli
korporasiyada çalışmaq istəyərdim. Seçdiyim idarəetmə ixtisasına kitab
oxumaqla, universitet bitirməklə yiyələnmək olmur. Belə ki, bu sahədə həqiqi
mütəxəsis olmaq üçün təcrübə çox zəruridir. Transmilli korporasiyanın verəcəyi təcrübə isə əvəzedilməzdir.
Təbii ki, yığılan təcrübə və əldə edilən prestijlə bu etapdan sonra öz
kompaniyamı yaratmaq istəyərdim.
İdmana çox böyük həvəsim var. Bir
çox idman növlərini izləməyi sevirəm. Xüsusilə futbol oyunlarını izləməyi və təbii
ki, oynamağı çox xoşlayıram. Həm lisey, həm də universitet yığma komandalarında
yer almışam. Asudə vaxtlarımda üzgüçülüyə və ya kartingə gedirəm. Musiqiyə
qulaq asmağı çox sevirəm, hansı janr musiqini dinləyəcəyim isə əhvalıma bağlı olur.
İstanbulda olduğumdan axşam vaxtı boğaz mənzərəsini də seyr etməyi çox sevirəm”.
e-mail: emilhuseyn@gmail.com
Комментариев нет:
Отправить комментарий