elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

3 октября 2012 г.

İbrahimova Nigar Rafiq qızı




“Koroğlu” dastanındakı gözəllik və qəhrəmanlıq simvolu olan Nigar xanımın adını Kəmalə xanım qızına qoyub. O, körpəlikdə sakit uşaq olub. Şahmat oynamağa, pianino çalmağa böyük maraq göstərirdi. 9 yaşında yaşıdları arasında şahmat çempionatında rayon üzrə I yeri tutub.
Məktəbə getməmiş qəzet, kitab oxuyurdu. Uşaqlıqda maraqlı hadisələr çox olub. Ən maraqlısı o idi ki, 2-3 yaşın olanda soruşulan tapmacalara öz məntiqi ilə cavab verirdi.
1983-cü ilin yanvarında Ağcəbədi şəhərində ziyalı ailəsində doğulmuşdur. 1989-cu ildə Ağcəbədi şəhər 11 saylı orta məktəbin I sinfinə getmiş, 2000-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2000-ci ildə Ağcəbədi rayon üzrə ən yüksək nəticəni göstərərək 537 balla Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsinə daxil olmuş, 2006-cı ildə həmin universiteti bitirmişdir. 2008-ci il yanvarın 9-dan Azərbaycan Tibb Universitetinin uşaq xəstəliklərinin propodevfikası kafedrasında baş laborant vəzifəsində işləyir.
Nigar dedi: “ - Tibbə maraq hələ lap uşaqlıqdan başlayıb. Atam həkimdir. Həmişə anamla bir yerə gedəndə hamı onunla hörmətlə danışıb, alqış eləyərdi. Xəstələri onu çox sevirlər. Onun əlləri ilə şəfa tapan insanları görüb fəxr eləyirdim.
Nigar orta məktəbdə əlaçı oxuyub. Hələ I sinfə getməmiş yazıb-oxumağı bilirdi. Aşağı siniflərdə oxuyanda hətta şeir də yazırdı. Ən sevimli fənni ədəbiyyat olub. Demək olar ki, V-VI sinifdə artıq evlərində olan bütün bədii kitabları oxumuşdu. Bir çox şairlərin şeirlərini əzbər bilirdi. Orta məktəbdə oxuduğu dövrdə hər il məktəblərarası olimpiadalarda iştirak edirmiş. Fizika üzrə rayon olimpiadasında 2000-ci ildə I yer tutub. Məktəbdə və rayonda keçirilən bütün ictimai tədbirlərdə iştirak edirdi. 2000-ci ildə ilin şagirdi seçilib.
Ali məktəbdə dərslərini yaxşı oxuyub.
Həyatında ən uğurlu hadisəsi universitetə qəbul olmasıdır. Çünki həyatının sonrakı gedişi məhz onunla bağlı olub.
Sevdiyi ixtisasa yiyələnməkdə özünü birinci valideynlərinə, sonra da müəllimlərinə borclu bilir. Ən çox da biologiya müəllimi olan Rəhimə müəllimə minnətdardır.
O da atası kimi gözəl həkim olmaq istəyir. 
Xoşbəxtliyi birinci ailə səadətində görür. Çünki ailədə xoşbəxt olan insan işində və karyerasında da həmişə uğurlar qazanar.
Asudə vaxtlarında kitab oxumağı çox sevir.
Ədəbiyyat müəllimi Məmmədtağı müəllim:
“Məclislər bəzəyi yaraşığısan,
Duyan könüllərin öz aşiqisən,
Bütün müəllimlərin göz işığısan,
Nitqin aydın, səlist, şırindir Nigar!
Düşüncən göylərdən dərindir Nigar!
Nigar, mən inanıram ki, elimizin, obamızın, məktəbimizin şərəfini, şöhrətini zirvələrə qaldıracaqsan”.
Fizika müəllimi Qarayeva Xalidə: “ - Həmişə müəllimin yaddaşında öz əxlaqı, dərs oxumağı ilə fərqlənən şagirdlər qalır. Nigar da daim bütün müəllimlərin yaddaşında qalan şagirdlərdən biridir”. 

Комментариев нет:

Отправить комментарий