Dilbərin
adını anasının adını yaşatmaq məqsədilə babası Yusif bəy qoyub. Dilbər körpəlikdən
sakit uşaq olub. Böyüdükcə çox ağıllı və mehriban uşaq olacağı hiss olunurdu. Uşaq
bağcasında tərbiyə aldığı illərdə şəkil çəkməyi, rəngləməyi xoşlayırdı. Evdə Azərbaycan
dilində danışılmasına baxmayaraq, uşaq bağcasında rus dilini öyrənmişdi. Gözəl
yaddaşa malik olduğundan bayramlarda böyük həcmli şerləri söyləmək ona
tapşırılırdı.
Dilbərin
5 yaşı olarnda bacısı Leyla I sinifdə oxuyurdu. Leyla “Əlifba” və “Ana dili”
kitablarındakı şeirləri öyrəndikcə Dilbər də bütün şeirləri əzbərləmiş, yazmağı
da öyrənmişdi. Dilbər I sinifdə oxuyarkən müvəffəqiyyətlərini görən valideynləri
imtahan verərək III sinifə keçirilməsi
üçün direktora müraciət edir. Lakin Dilbərin ilk müəllimi Aliyə xanım belə etmək
lazım olmadığını bildirmişdir. Sonralar Aliyə xanım etiraf edir ki, uşağı çox
istədiyindən onun sinifdən getməsini istəməmişdi.
Dilbər
Tofiq qızı Yüzbaşova 22 iyun 1983-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı
ildə Qaradağ rayonundakı 106 saylı orta məktəbin I sinfinə daxil olub. 1995-ci
ildən 1999-cu ilədək Nərimanov rayonundakı Bağça-Məktəb-Lisey Kompleksinin nəzdindəki
43 saylı liseydə orta təhsilini davam etdirib. XI sinfi 2000-ci ildə 139 saylı
orta məktəbdə qırmızı attestatla bitirib, elə həmin ildə Azərbaycan Tibb Universitetinin
müalicə-profilaktika fakültəsinə daxil olub. 2006-cı ildə unversiteti bitirib
internatura keçdikdən sonra Təcili Yardım Xidmətində işə başlayıb. Əvvəl 15
saylı Təcili Yardım Stansiyasında səyyar həkim, qısa bir müddətdən sonra
reanimasiya briqadasında həkim kardioloq kimi çalışıb. Hazırda 15 saylı TYS-nın
filialında böyük həkim, həmçinin böyüklərin anestezioloji-reanimatoloji briqadasında
həkim kimi fəalyyət göstərir.
Dilbər:
“ - Həmişə həkimliyi ali bir peşə hesab etmişəm. Bu sənəti seçməkdə valideynlərimin
böyük rolu olub. Onlar məndə həm maraq yaradıb, həm də çox dəstəkləyiblər.
Orta məktəbdə
dərslərimdən əla qiymətlər almışam. Həmişə çalışmışam bütün fənləri oxuyum. Sevdiyim
fənlər kimya, riyaziyyat, fizika, biologiya, insan və cəmiyyət olub. Məktəblilərin
fənn olimpiadalarında iştirak etmiş, 1998-ci ildə IX sinifdə oxuyarkən fənn
olimpiadalarının respublika turunda kimya fənni üzrə III dərəcəli, 1999-cu ildə
II dərəcəli diplomla təltif olunmuşam.
Belarusiyanın
Minsk şəhərində keçirilən kimya üzrə beynəlxalq Mendeleyev olimpiadasında Azərbaycanı
təmsil etmiş, diplomla təltif olunmuşam. Olimpiadadan qayıtdıqdan sonra bizi təhsil
naziri M. Mərdanov qəbul etmiş və respublikamızı uğurlu təmsil etdiyimiz üçün təşəkkür
elan etmişdir. Bundan başqa dəfələrlə məktəbdə keçirilən ingilis dili gecələrində
iştirak etmiş, tərifnamə ilə təltif olunmuşam.
Ali məktəbdə
sevdiyim fənlər insan anatomiyası, normal fiziologiya, daxili xəstəliklərin
propedevtikası olub.
Sevdiyim
ixtisasa yiyələnməkdə anam Rübabə xanımın böyük rolu olub.
Ali məktəbi
bitirdikdən sonra ideyalarım böyük idi, lakin bu günümə də şükür edirəm. İşimdə
məsuliyyətli olmağa, fəqlənməyə çalışıram. BŞT və TTYS-nın müdiriyyəti də bunu
diqqətdən kənar qoymayıb. 2010-cu il 8 mart ərəfəsində səmərəli və qüsursuz fəaliyyətimə
görə fəxri fərmanla təltif olunmuşam. Ümüd edirəm ki, uğurlarım bununla bitməyəcək.
Asudə vaxtlarımda
kitab oxumağı, bilgisayarda çalışmağı, ailə üzvlərimlə istirahət etməyi
xoşlayıram. Haqqımda “Azərbaycan müəllimi” qəzetinin 2 aprel 1998-ci il və 1-7
aprel 1999-cu il buraxılışlarında yazılar olub”.
e-mail: physician83@mail.ru
Комментариев нет:
Отправить комментарий