Böyüdükcə Yeganə öz adına layiq olub: adı da
Yeganə, özü də. Yeganə kitaba, dəftərə çox meylli idi. İbtidai sinif müəllimi Rəfiqə
İsmayılova təbiət haqqında mövzu verəndə uşaqlarla birlikdə ətraflı müşahidə
aparardı. Sonra isə sinifdə şagirdlər gördüklərini ifadə şəklində yazardılar.
Ən nümunəvi yazı dəftəri Yeganənin olardı. Boydan hündür olduğuna görə Yeganə I-III
siniflərdə axırıncı partada oturardı. Rəfiqə xanım deyərdi ki, axırıncı partada
otursa da Yeganə hamıdan tez qavrayır və suallara hamıdan tez cavab verirdi.
VII sinifdə oxuyarkən riyaziyyat müəllimi Nəbi
Mahmudov Yeganədən çox razılıq edirdi. Nəbi müəllim həm də 83 saylı orta məktəbin
direktoru idi. Valideyn iclasında o deyirdi ki, həndəsə fənnindən uşaqlar çətinlik
çəkirlər. 30 uşaqdan cəmi 2-3 nəfər həndəsi teoremləri dərk edir və isbat edə
bilir. Yeganə onların cərgəsində idi. Cəbr və həndəsə onun ən sevdiyi fənlər
idi. Yorğun olanda da, divanda oturub məsələ həll edib, dincələrdi. Məktəbi
bitirdikdən sonra 13 il keçdi və biz Nəbi müəllim ilə bir toy məclisində
görüşdük. Salamlaşdıq. İlk sözü bu oldu “Yeganə haradadır?” Biz dedik: o da
toydadır, özünüz soruşa bilərsiniz. İllər keçsə də nə şagird müəllimini, nə də
müəllim şagirdini unuda bilmir. Nəbi müəllim hər bir şagirdin uğurlarıyla fəxr
edirdi. Universitet illərində Yeganənin üzərində başqa müəllimlərin rolu əvəzsizdir.
Coğrafiya - Müseyib Yunusov, riyaziyyat - Knyaz
Məmmədov, Rafiq Quliyev və Zakir Xankişiyev, rus dili - Rəbiyyə Ağayeva, iqtisadiyyat
- Vəfa Mütəllimovanın Yeganənin inkişafında danılmaz rol oynayıb.
Yeganə Vasif qızı Nəcəfova 1983-cü il
oktyabrın 11-də Bakı şəhərində anadan olub. I sinifdən VI sinfə kimi 30 saylı
orta məktəbdə, VII sinifdən XI sinfə kimi 83 saylı lisey məktəbdə və X-XI
sinifləri 115 saylı orta məktəbdə təhsil almışam. 2000-ci ildə orta məktəbi
bitirib BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakultəsinin iqtisadi kibernetika
ixtisasının bakalavr pilləsinə, 2004-cü ildə fərqlənmə diplomu ilə bitirib həmin
ixtisas üzrə magistr pilləsinə daxil olub. 2004-cü ildə hələ V kurs tələbəsi
olanda “Dəmirbanka” müsabiqə yolu ilə işə qəbul olunub.
Yeganə: “ - Orta məktəbdə dəqiq elmlərə
marağım daha çox olduğu üçün bu ixtisasa meylim daha çox olub. Bundan əlavə
valideynlərim və müəllimlərim də məni bu ixtisasa yönəldiblər. Orta məktəbdə əlaçı
olmuşam. Sevimli fənnim riyaziyyat, fizika və kimya olub. Riyaziyyat və kimya
olimpiadalarında II-III yerləri tutmuşam.
Ali məktəbdə də əla oxumuşam və fərqlənmə
diplomu ilə bitirmişəm. Sevimli fənlərim riyazi analiz, iqtisadi münasibətlər,
ehtimal nəzəriyyəsi olub.
Ən uğurlu günlərimdən biri ali məktəbə daxil
olduğum gün olub. Çünki həyatımın digər uğurlu günləri o günün sayəsində olub.
Mənim öz maraqlarım və yolum var. Ümumiyyətlə
hər bir şəxsin həyatda və iş sahəsində öz yolu olmalıdır. Məncə öz yolun olanda
istədiyin şeyi daha yaxşı bilirsən və daha tez uğur qazana bilərsən. Əlbəttə
ki, birinci növbədə müəllimlərimə. Onların əməyinin nəticəsi mənim qəbul
imtahanımda topladığım bal olub. Hazırda Bank VTB ASC-də hesabatlıq şöbəsinin
müdiri işləyirəm.
Xoşbəxtliyi cansağlığı, ailə səadətində görürəm.
Bu zirvəyə çatdığım gün çox xoşbəxt olmuşam. Bundan yüksək qalxmaq istəmirəm.
Çünki zirvəyə qalxdıqca işə daha çox vaxt sərf eləməli olursan. Daha çox bədii ədəbiyyat
oxuyuram. Bundan əlavə işimlə bağlı məlumatlarla maraqlanıram. İlk uğurum işə
ilk qəbul olunduğum gün olub”.
Комментариев нет:
Отправить комментарий