Nicat Nemət oğlu Mehtiyev
1991-ci il iyulun 31-də Bakı şəhərində anadan olub. Həmin dövrdə populyar
olduğuna görə valideynləri ona bu adı veriblər. Onların dediklərinə görə artıq
3-4 yaşlarında oxuyub-yazmağı bacarıb. “Əlifba”nın bütün hərflərini öyrənmiş, hətta
rus dilində bəzi sözləri də öyrənmişdir.
Orta təhsilə 1997-ci ildə Xətai
rayonunda yerləşən 287 saylı “Zəkalar” liseyində başlayıb. Savadlı, zəhmətkeş
müəllim heyəti sayəsində mükəmməl bilik bazası qazanıb. Məhz bu səbəbdən bütün
orta təhsilini bu məktəbdə keçirib. Orta məktəbdə dərslərindən yüksək qiymət
almış və 2008-ci ildə məktəbi əla qiymətlərlə bitirmişdir. Dəqiq fənlərə daha
çox üstünlük verib. Ən sevdiyi fənn riyaziyyat fənni olmuşdur. Riyaziyyatın məntiq
və dərin düşüncə tələb etməsi onda xüsusi maraq oyatmışdır. Həmçinin liseyin o
zamankı direktoru Fikrət Xəlilovun riyaziyyat fənnini nümunəvi tədris etməsi bu
fənnə marağını daha artırmışdır.
VIII sinifdə məktəbdə keçirilən
müsabiqənin sonunda müəllimlərin rəyi ilə məktəbin ən istedadlı 10 şagirdindən
biri olaraq mükafatlandırılıb. Orta məktəbi bitirərkən təhsildə qazandığı
uğurlara və nümunəvi davranışına görə fəxri fərmanla təltif olunub. Həmin il Azərbaycan
Dövlət Neft Akademiyasının " İstehsalat proseslərinin
avtomatlaşdırılması" fakültəsinin "Avtomatika və idarəetmə"
ixtisasına daxil olub. 2012-ci ildə həmin istiqamətin "Texniki sistemlərdə
idarəetmə və informatika" ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
Nicat: “ - Bu ixtisası seçməyimin əsas səbəbi texniki elmlərə və müasir idarəetmə
sistemlərinə olan marağım olmuşdur. Bu ixtasası hələ IX sinifdə olarkən hədəfləmişdim.
Məktəbdə aldığım təhsil bazası səbəbilə bu ixtisasa qəbul olacağıma inanırdım.
Hələ X sinifdə oxuyarkən sınaq imtahanlarında yüksək nəticələr göstərmişəm. Qəbul
imtahanında göstərdiyim nəticələrə görə “Zəkalar” liseyinin müəllim heyətinə, həmçinin
əsas fənlərə hazırlaşmağımda verdiyi töfhələrə görə BDU-nun əməkdaşı,
fizika-riyaziyyat elmlər doktoru Fərhad Rüstəmova minnətdaram.
Ali məktəbdə də eyni uğuru
davam etdirmişəm. Artıq ilk kursdan elmi məqalələr hazırlamağa və elmi
araşdırmalara başlamışam. 2009-cu ildə ADNA-da Konstitusiya Gününə həsr olunmuş
58-ci elmi-texniki konfransda çıxış edib, münsiflər heyətinin müsbət rəyini
aldığıma görə ali riyaziyyatdan hazırladığım məqalə çap olundu. Həmin il Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin elan etdiyi təqaüd müsabiqəsinin hər iki
turundan uğurla keçib təqaüdçü olmuşam. İlk turda məntiq imtahanından yüksək nəticə
göstərmiş, ikinci turda isə Neft Şirkətinin mütəxəssislərindən təşkil olunmuş
komissiyanın müsahibəsindən uğurla keçib 30 təqaüdçüdən biri olmuşam. Təqaüdçü
olmağımın üstünlüyü və ali məktəb imtahanlarda göstərdiyim yüksək nəticələrin
sayəsində 2010-cu ildə, hələ II kursda oxuyarkən yay müddətində ARDNŞ-nin nəzdində
Balaxanı Neft-Qaz Çıxarma İdarəsində “İstehsalatın avtomatlaşdırıması” şöbəsində
IX dərəcəli mühəndis kimi işləmişəm. Bu mühəndisliyə doğru atılan ilk addım
idi. 2011-ci ildə BDU-nun əməkdaşları ilə
birgə hazırladığımız və “Günəş batareyalarında heterokeçidlərin tədqiqi” adlı
elmi-məqaləni Fransanın Strasburqda keçirilən elmi konfransa göndərdik və müsbət
cavab aldıq. Nəticədə, məqalənin çap olunmağına nail olduq. “Paylanmış İdarəetmə
Sistemləri” adlı məqaləm Sumqayıt Dövlət Universitetində keçirilən konfransda
çap olundu. Həmin il British Petrolium (BP) şirkətinin yay təcrübəsi keçmək
üçün elan etdiyi müsabiqəyə müraciət etmişəm. 4 mərhələli və rəqabətli olan bu
müsabiqədə ingilis dili, məntiq və şirkətin mütəxəssisləri tərəfindən götürülən
müsahibədən uğurla keçib yay təcrübəsi keçməyə haqq qazandım. Həmin müddətdə
ARDNŞ-nin təşkil etdiyi yay təcrübəsinə seçilməyimə baxmayaraq, BP şirkətinə
üstünlük verdim. Dünyanın ən böyük neft-qaz şirkətində müxtəlif millətlərdən və
ölkələrdən olan insanlarla işləmək, yüksək səviyyəli mütəxəssislərlə təcrübə
keçmək mənim üçün böyük üstünlük təşkil edir. Burada qrup halında işləmək, təqdimat
etmək qaydaları və s. barədə xeyli təcrübələr əldə etdim. Bu məlumatlar mənə
daha sonralar dərslərə hazırlaşmağıma xeyli köməklik etmişdir.
Ali məktəbdə də dərslərimi
yaxşı oxuyub, bütün imtahanlarıma yaxşı hazırlaşmışam. Təhsil müddətində
verdiyim bütün imtahanlardan əla qiymət almışam. Bunun məntiqi nəticəsidir ki,
bakalavr dərəcəsini mümkün ən yüksək orta balla (5.0), fərqlənmə diplomu ilə
bitirdim. Hazırda isə Almaniyada magistr təhsilimi davam etdirirəm. Buna görə təhsil aldığım Avtomatika,
Telemexanika və Elektronika (ATE) kafedrasının professor və müəllim heyətinə dərin
minnətdarlığımı bildirirəm. Məhz onların səyi və zəhməti nəticəsində lazım olan
biliklərə yiyələnmişəm. Həmin il kafedra tarixində ilk dəfə olaraq kurs layihələrini
təqdimat şəklində təqdim etdik və çox yüksək nəticələr əldə etdik.
Asudə vaxtlarımda ixtisasımla
bağlı məlumatlar toplayır, biliklərimi daha da dərinləşdirirəm. Bu məqsədlə
internetdən istifadə edir, kitablar əldə edir və yeni məqalələrlə maraqlanıram.
Həmçinin Xəzər Mühəndislər Cəmiyyətinin (CES) təşkil etdiyi konfranslarda
iştirak edirəm.
Fəaliyyətimlə bağlı ilk dəfə
Neft Şirkətində mühəndis seçildiyim zaman “İki sahil” qəzetində məlumat
yayımlandı. Bu layihənin ilk seçilən tələbələrindən biri olmağım yayımlanmasına
səbəb olmuşdur”.
E-mail : nicat-nm@mail.ru
Комментариев нет:
Отправить комментарий