elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 октября 2012 г.

Musiqini çox sevir (Qocayeva Aytən Qəhrəman qızı)

Özünəməxsus istedadı ilə seçilən gənclərdən biri də Aytəndir. Onun istedadlı olmağı hələ körpəlikdən hiss olunurdu. Aytən ailənin ilk övladı olub. Həmin dövrdə qız uşaqlarına qoyulan adlar içərisində bu ad daha çox seçilirdi və bu səbəbdən də ona Aytən adı verilirdi.
Körpəlikdə diqqətini tez cəlb etmək olurdu. Böyüdükcə kitaba, dəftərə, məktəbə marağı çoxaldı. Aytəni üç yaşından uşaq bağçasına gedib. O, məktəbə gedənə kimi çoxlu şeirlər bilirdi. Hərflərin çoxunu yazmağı bacarırdı.
Evdə qonşu uşaqları ilə “məktəb” qurardı, “müəllim” olardı və uşaqlara “dərs” öyrədərdi.
Aytən Qəhrəman qızı Qocayeva 1984-cü il dekabrın 2-də Oğuz rayonunda anadan olub. Oğuz şəhər E. Abdullayev adına 2 saylı orta məktəbdə 11 illik təhsil alıb. 2002-ci ildə orta məktəbi bitirib və həmin ildə də Azərbaycan Dillər Universitetinin regionşünaslıq (avropaşünaslıq) fakültəsinə daxil olub. Bakalavr pilləsini 2006-cı ildə fərqlənmə diplomu ilə bitirərək həmin fakültəsinin magistraturasına daxil olub. 2008-ci ildə ali təhsilini tamamlayıb. Təhsil aldığı illərdə musiqi ilə də məşğul olub. Universitetin nəzdində “Qızlar xor qrupu”nda oxuyub. Tərcümə fəaliyyəti ilə məşğul olub.
IX sinfə kimi həkim olmağı düşünürüb. Təbiət elmləri ilə maraqlansa da, humanitar fənlərə həmişə marağı olub. Tarixi, ədəbiyyatı çox sevirdi. IX sinifdə Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” əsərini oxuyandan sonra tarixə heyranlığı bir az da artdı. Sonrakı prosesləri özündən öyrənək: “ - Həmin əsərin mənə təsiri tamamilə tarixə meyllənməyimə səbəb oldu. Həmin dövrdən tarixçi olmaq üçün əlimə keçən bütün tarixi əsərləri oxumağa başladım. Əsasən qədim dünya tarixinə və Azərbaycan tarixinə üstünlük verirdim. Hətta bu fənnə o qədər marağım artmışdı ki, tarixdə baş verən hadisələrin hamısını əzbərləmək üçün özümdə bitməz-tükənməz enerji hiss edirdim. Tarixi filmlərə maraqla baxırdım. Başqa fənlər mənimçün ikinci dərəcəli əhəmiyyət kəsb etməyə başlamışdı. Məşhur tarixçi olaraq xəyallar qururdum. Bunun üçün çox oxumaq lazım olduğunu da bilirdim və cəhd edirdim. İndiki ixtisasıma maraq qəbul imtahanlarına az qalmış bir zamanda yaranmışdı. Qəbul imtahanlarına hazırlaşaraq “Abituriyent” jurnalında göstərilən fakültələrə baxarkən regionşünaslıq fakültəsi mənə maraqlı gəldi. Burda nə öyrədildiyini dəqiq bilməsəm də, məndə respublika üzrə yalnız 10 nəfərə yer ayrılan bu fakültədə oxumaq marağı yarandı. Öz-özümə dedim ki, “Nə üçün bu tələbələrdən biri də mən olmayım?”. Beləliklə, 15 fakültə seçmə haqqımdan istifadə edərkən bu fakültə siyahımda birinci yeri tutdu. Və qəbul imtahanlarında göstərdiyim yüksək nəticələrə görə seçdiyim ilk koda düşməyə nail oldum. Arzularımın ən böyüyünə çatdım. Bu həyatda mənim ən böyük uğurum idi.
Orta məktəbdə dərslərimin hamısına eyni səviyyədə maraq göstərməsəm də, bu fənləri oxumaq üçün özümdə eyni səviyyədə məsuliyyət hiss etmişəm. Əvvəl də qeyd etdiyim kimi daha çox humanitar fənlərə maraq göstərirdim. Ancaq texniki, təbiət fənlərini də diqqətimdən kənarda qoymurdum.
Orta məktəbdə musiqi dərslərində müəllimim həmişə mahnı oxumaq üçün pianinonun yanına məni çağırardı. Mahnı oxumağı həddindən çox sevirəm. Mən ən çətin qavranılan dərslərə hazırlaşarkən musiqi sədaları məni ruhlandırır, səlist düşünməyimə kömək edir. Xüsusən də məktəb illərində bu istəyim daha güclü olub. Hər bir boş dəqiqəmi mahnı oxuyaraq və musiqiyə qulaq asaraq dəyərləndirirdim. İş görərkən çox vaxt mahnı oxuyuram, bu zaman yorulamadığımı hiss edirəm.
Məktəbə getdiyim ilk illərdən ictimai fəaliyyətə başlamışam. Bütün məktəb tədbirlərində, məktəbdənkənar tədbirlərdə fəal iştirak etmişəm. Siniflərdən xüsusi istedadlı şagirdləri seçərək tədbirlərdə iştirak etmək üçün aparırdılar. Mən də həmin qrupa daxil idim. 2001-ci ildə respublika fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə iştirak etmişəm. Həmin ildə “Müstəqilliyimizin 10 ili” adlı inşa ilə respublika üzrə II dərəcəli diplomla mükafatlandırılmışam. Fortepiano üzrə yeddi illik musiqi məktəbini bitirmişəm.
Universitetdə öyrəndiyim fənlər içərisində heç birinin faydasız olduğunu düşünmədəm öyrənməyə çalışmışam. Ali məktəbdə gündəlik dərsləri oxuyub seminarlarda fəallıq göstərmək bizim üçün hər hansı bir təltifə nail olmaqdan daha çətin və daha əhəmiyyətli idi. Dil öyrənmək çətin olduğu qədər də vaxt və təcrübəyə yiyələnmək tələb etdiyindən tələbəlik illərində ancaq dərslərimə vaxt ayırmağı məqsədə uyğun hesab etmişəm. Eyni zamanda tərcümələr edirdim. Bu həm dili öyrənməkdə, həm də təcrübə qazanmaqda ən azı dərslərim qədər vacib idi.
Həmişə düşünürəm ki, daha vacib və uğurlu bir gün tapım, fikrimə ilk növbədə bu gəlir. Çünki bu individual olaraq şəxsi həyatıma başladığım gündür. Karyera seçərkən diqqətli olmağa çalışmışam, çünki bu müvəqqəti bir həvəs olmayıb, həyat boyu bizi müşayiət edir, cəmiyyətimizdəki mövqeyimizə böyük təsir göstərir.
Ali məktəbi bitirdikdən sonra ixsasım üzrə işləməyi arzulayırdım. Yəni hər hansı bir səfirlikdə, universitetdə müəllim kimi fəaliyyət sahələri tez-tez ağlıma gəlirdi. Ancaq mən arzularımı şəraitə və şərtlərə uyğunlaşdırmağı həmişə bacarmışam. Hazırda ali məktəbi bitirmişəm və televiziya kanallarından birində tərcüməçi kimi fəaliyyət göstərməklə yanaşı, Heydər Əliyev adına Muzeydə böyük elmi işçi vəzifəsində çalışıram.
Boş vaxtlarımda kitab oxumaq, musiqi dinləmək əsas məşğuliyyətlərimə aiddir.
Tarix müəllimi Rövşən Daşdəmirov: “ - Mən Aytənə tarix fənnindən dərs demişəm. Ona dərs dediyim müddətdə hər mövzuya maraq göstərmək, sualları düzgün və misallarla cavablandırmaq kimi bir şagirdə lazım olan keyfiyyətləri müşahidə etdim. Məntiqi başa düşən şagird digər fənnlərin də qavrayışında çətinlik çəkmir. O, məntiqlə bağlı suallara yaxşı cavab verirdi. Səliqəlidir, dərslərində məsuliyyət hiss edir, dərs intizamına həmişə riayət edirdi.
Müqayisəli sualları yoldaşlarından daha tez və dəqiq cavablandırırdı. Dərsdəki çalışqanlığı, fəallığı onun gələcək nailiyyətlərindən xəbər verirdi. Dərslərdə baş verən hər mübahisəyə qoşulmaz, ancaq əhəmiyyətli məsələlərə dair mübahisə edərdi. Öz haqqını müdafiə etməyi çox yaxşı bacarırdı, bunun indi də belə olduğuna əminəm. Dərslərdə çox danışmağı sevmirdi. Sakit, düşünərək, dəqiq cavablar verirdi. Bu gündən sonra da onun iş fəaliyyətinin, şəxsi həyatının müvəffəqiyyətli olacağına inanıram və uğurlar arzulayıram”. 

Комментариев нет:

Отправить комментарий