elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 марта 2014 г.

Günel Ərşad qızı Məmmədzadə

 

Günel Ərşad qızı Məmmədzadə 5 yanvar 1999-cu ildə Bakı şəhərində dünyaya gəlib. Rovşən İmanov adına 205 saylı orta məktəbin şagirdidir. Günel körpəlikdə çox sakit, ağıllı uşaq olub. Bir çox sahələrə marağı olsa da, ən çox sevdiyi fəaliyyəti şəkil çəkmək olub. Hələ balaca uşaq olanda evdəki bütün əşyaların şəkillərini çəkib. Başqa bir çox sahələrə də marağı olub, həmişə yeni şeylər öyrənməyə çalışıb və öyrəndiyi hər yeniliklər onu daha da yüksəldib. Məktəbə gedənə qədər artıq yazıb-oxumağı bilirdi. 2 yaşında bağçaya gedib və orada muxtəlif şeirlər, nağıllar öyrənib.
Günel: “ - Dərslərimi əla oxuyuram. Ən sevimli fənlərim riyaziyyat, ingilis dili, Azərbaycan dili və tarixdir. Bir çox tədbirlərdə, mərasimlərdə, bayramlarda iştirak etmişəm. İlk böyük uğurum uşaq bağçasında keçirilən tədbir zamanı atamın mənə 2 yaşımda öyrətdiyi və indi də əzbərdən bildiyim "Kəlbəcər" şeirini deməyim olmuşdur. Məktəbdə keçirilən ictimai tədbirlərdə adətən şeir demişəm. Bir neçə inşa yazı müsabiqələrində iştirak etmişəm. Son 2 ildə məktəbdə olan uğurlarımdan, müsabiqələrdə tutduğum yerlərdən və bilik yarışlarında qazandığım nailiyyətlərdən dolayı diplomlar, tərifnamələr və fəxri fərmanlara layiq görülmüşəm. IX sinifdə oxuyarkən təhsildə fərqləndiyimə görə tərifnamə, X sinifdə riyaziyyat fənnindən olimpiadanın məktəb mərhələsində I yer tutduğuma görə məktəbimin rəhbərliyi tərəfindən diplom ilə təltif olunmuşam. Bayraq Günü münasibətilə keçirilən inşa yazı müsabiqəsində III yer tutduğuma görə Bakı Şəhər Təhsil İdarəsi tərəfindən, Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə "Zamanı qabaqlamış dahi şəxsiyyət, müdrik rəhbər və əbədiyaşar lider" mövzusunda keçirilən inşa yazı müsabiqəsində III yer tutduğuma görə diplom ilə təltif olunmuşam.”
Günel əldə etdiyi bütün nailiyyətlərə görə özünü ailəsinə borclu bilir. Ata­sının, anasının və ən əsası bacısı Könülün dəstəyi sayəsində bu nailiyyətləri qazandığına inanır.
Hədəfli olduqca yüksək­dir. Qəhrəmanımız Günel ən yüksək pilləyə qədər yük­səlmək və zirvəyə çat­maq istəyir.
Günel uşaqlıqdan bəri bir çox sahələrə maraq gös­tərib. Polis, həkim, memar, deputat, rəssam, müəllim, rəqqas və s. peşələr onun ma­raq dairəsində olub. Ancaq heç vaxt “tam olaraq bu sahəyə yiyələnəcəyəm” deməyib. Hazırda ən böyük məqsədi Azərbaycan Diplomatik Akademiyasına qəbul olmaqdır. 
Günel asudə vaxtlarında şəkil çəkməyi, hekayələr, romanlar oxumağı sevir. İncəsənətlə indi də məşğul olur, boş vaxtlarında həmişə şəkillər çəkir və rəssamlıq sənətinin dərinliklərini öyrənmək istəyir. Hamı kimi onun da gələcəyinə dair çoxlu xəyalları var və bu xəyalları gerçəkləşdirmək üçün əlindən gələni etməyə çalışır. 
Tarixin yaddaşında gözəl bir şəxsiyyət, hamının sevdiyi, dəyər verdiyi bir insan kimi yaşamaq istəyir. Bayraq Günü münasibətilə keçirilən inşa yazı müsabiqəsində qazandığı uğura görə Bayraq meydanında keçirilən mükafatlandırma mərasimi ilə bağlı ANS, Space, İctimai telekanalların xəbər proq­ram­larında onun barədə məlumat verilib.

Комментариев нет:

Отправить комментарий