Ayçinin adını əmisi Camal bəy qoymuşdur. 3 yaşında anası ona kiril qrafikasını öyrətməyə başlamışdı. Daha sonra isə Bəhman əmisi ona latın qrafikasını, saymağı, yazmağı öyrətmişdir.
Ayçin Kamal qızı Şabanova 28 oktyabr 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə N. Nərimanov rayonundakı 212 saylı orta məktəbə gedib. 2005-ci ildə 212 saylı orta məktəbi bitirərək 628.5 balla Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər (türk fakültəsinə) fakültəsinə daxil olub. 2009-cu ildə bakalavr pilləsində təhsilini fərqlənmə diplomu ilə bitirərək Türkiyənin Kütahya şəhərindəki Dumlupinar Universitetində iqtisad ixtisası üzrə magistratura təhsilinə başlayıb.
Məktəb vaxtından iqtisad, coğrafiya dərslərinə marağı yüksək olub. Orta məktəbdə ən çox xoşuna gələn fənn riyyaziyat olub. Dərslərini daim əla qiymətlərlə oxuyub.
Ayçin: “ - Ali məktəbdə ən sevdiyim fənn mikroiqtisadiyyat olub. Universitetdə də bütün dərslərimi əla qiymətlərlə oxumuşam
Hələlik həyatımda ən uğurlu gün universitetə qəbul olduğum günü hesab edirəm. Qəbul imtahanında göstərdiyim nəticələrimə görə öncə valideynlərimə, sonra isə müəllimlərimə minnətdaram. Hazırda bankda işləyirəm. Asudə vaxtlarımda kitab oxumağı sevirəm.
Ölkəmizin iqtisadi inkişafında rol oynamaq, yaxşı əməllərimlə tarixin yaddaşında qalmaq istərdim.”
Комментариев нет:
Отправить комментарий