Mikayılova Ayan Əli qızı 11 iyun 2002-ci ildə Bakı şəhərinin Maştağa qəsəbəsində dünyaya göz açıb. 2009-cu ildə 187 saylı orta məktəbə gedib. Hazırda 5ç sinfini əla qiymətlərlə bitirib. Maştağadakı 10 saylı Uşaq Musiqi Məktəbində fortepiano təhsili alır. Yaxın günlərdə məktəb üzrə konsert verməyə hazırlaşır. Kiçik yaşlarından rəqslə məşğul olur. Bir çox televiziya kanallarında çıxışlar edib. Tanınmış müğənnilər arasında çoxlu dostları var.
Hələ məktəbə qədər o, yazıb-oxumağı bacarırdı. Ayanın beş yaşı olarkən, ilk dəfə televiziyaya çəkilmişdi. O, məşhur bəstəkar Ağabacı Rzayevanın uşaqlığını canlandırmışdı.
Ayan: “ - Əla oxuyuram. Fənləri ayırmağı xoşlamıram, hamını çox sevirəm. Üç ildir ki, rəqslə məşğul olduğum üçün məktəbin, eləcə də rayonumuzun demək olar ki, bütün tədbirlərində yaxından iştirak edirəm. Ən yaddaqalan hadisələrdən biri, iyunun 2-də ilk dəfə fortepiano üzrə konsertimdir. Tamaşaçılarla dolu musiqi məktəbinin səhnəsində “Kiçik rondo” əsərini ifa etdim.
Bütün uğurlarıma görə valideynlərim və müəllimlərimə borcluyam. Atam televiziya sahəsində çalışdığından, bu sahəyə marağım böyükdür. Dəfələrlə uşaq verilişlərində iştirak etdiyim üçün gələcəkdə tele-aparıcı olmaq istəyirəm.
Asudə vaxtlarımda valideynlərimlə Azərbaycanımızın rayonlarını gəzməyi xoşlayıram. Gözəl təbiətimizi öz kamerasıyla çəkərdi.
Az.TV-də “Mən də uşaq olmuşam” verilişində dəfələrlə çəkilişlər olub. Mənim iştirak etdiyim verilişlərdə Ələmdar Quluzadə, Flora Xəlilova və Kərim Kərimov qonaq olmuşlar.”
Комментариев нет:
Отправить комментарий