elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 марта 2014 г.

Aslanov Ravil Emil oğlu

 
Aslanov Ravil Emil oğlu 3 sentyabr 1999-cu ildə Bakı şəhərinin Ələt qəsəbəsində dünyaya göz açıb. Ravil ailədə tək uşaq olduğu üçün hamının sevimlisi olub. Hələ uşaqlıqdan hər şeyə maraq göstərib xüsusən də rəsm çəkməyə maraq göstərib, 5-6 yaşından şəkil çəkməyə başlayıb və uşaq vaxtından yappoz kimi quraşdırma oyunlarına böyük həvəs göstərmişdir. Cizgi filmlərə baxdığı üçün özündə maraq oyanıb və oradakı qəhrəmanların rəsmlərini çəkməyə başlayıb.
Kiçik yaşlarından Azərbaycan və dünya xəritələrinə, ölkələrin paytaxtlarını öyrənməyə maraq göstərmişdir. Məktəbə gedənə qədər anası və nənəsinin köməyilə saymağı, hərflərin hamısını öyrənmişdi.
Ravil Ələt qəsəbəsindəki Elman Rzayev adına 127 saylı orta məktəbin IX sinif şagirdidir.
Ravil: “ - Dərslərimi yaxşı oxuyuram və ən sevdiyim fənn coğrafiyadır. Məktəbdə keçirilən 20 Yanvar və Xocalı soyqırımına aid tədbirlərdə iştirak etmişəm. Tədbirə aid çəkdiyim rəsmləri nümayiş etdirmişəm. Ən uğurlu günüm şərəf lövhəsinə şəklimin qoyulduğu və III sinifdə tərifnamə aldığım gündür.
Təsviri incəsənətdə və digər sahələrdə əldə etdiyim uğurlara görə ilk növbədə Tanrıya, sonra da valideynlərimə və müəllimlərimə minnətdaram.

Peşəkar bir rəssam, yaxud memar-dizayner peşəsinə yiyələnmək istəyirəm. Boş vaxtlarımda şəkil çəkməyi, kompyüterlə oynamağı, intellektual verilişlərə baxmağı, texnologiyalarla maraqlanmağı xoşlayıram. İncəsənətin təsviri incəsənət aid mövzularla maraqlanıram. Yaxşı oxumaq, istədiyim universitetə qəbul olmaq, istədiyim sənətə yiyələnmək istəyirəm. Tarixdə əl işlərimlə yadda qalmaq istəyirəm.”

Комментариев нет:

Отправить комментарий