Qurbanzadə Niyaməddin Nurəddin oğlu 28 dekabr 2004-cü
ildə Bakı şəhərində dünyaya göz açıb. Binəqədi qəsəbəsindəki R. İmanov adına
205 saylı orta məktəbin IV sinif şagirdidir. Körpəlikdə Niyaməddinin ən çox
xoşladığı məşğuliyyət silah və maşınlarla oynamaq olub. Ümumilikdə isə maraq
dairəsi geniş idi. Konstruktorla müxtəlif tikililər qurmaqla məşğul olub. Anası
da onunla çox məşğul olurdu. Riyazi və məntiqi tapşırıqları çox həvəslə həll
edirdi. Niyaməddinin çox gözəl şəkil çəkmək bacarığı var. Kiçik
yaşlarından şəkil çəkməyi sevir. İndi də çox maraqlı və fantaziyalı şəkillər
çəkir.
I sinifdən dərs əlaçısıdır. Ən sevimli fənləri
riyaziyyat, Azərbaycan dili və rəsmdir. Hər il məktəbdə keçirilən tədbirlərdə
fəal iştirak edir. Əlifba bayramında, Yeni il tədbirində Şaxta Baba rolunda, Novruz
bayramı ilə bağlı hazırlanan tədbirdə isə şeir söyləməklə iştirak edib. Rəsm
müsabiqələrində, fənn olimpiadalarında fəal iştirak edib.
Uğur və nailiyyətlərinə görə özünü valideynlərinə və
müəllimlərinə borclu hesab edir. Müəlliminin onun üzərində böyük əməyi
olduğunu həmişə qeyd edir.
Niyaməddin böyüyəndə məşhur həkim olmaq istəyir. Çünki
insanları sağaltmağı, onları həyata qaytarmağı şərəf hesab edir. Atası həmişə
ona maraqlı konstruktorlar alır və Niyaməddin çox çətin olanların da öhdəsindən
gəlir.
Asudə vaxtlarında kitab oxumağı, şəkil çəkməyi,
aşıq mahnılarına qulaq asmağı və at minməyi xoşlayıram.
Комментариев нет:
Отправить комментарий