elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 марта 2014 г.

Əliyeva Fatimə Nurlan qızı 6 iyul 2007-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Biləcəri qəsəbəsindəki E. Əliyev adına 297 saylı orta məktəbin II sinif şagirdidir.
Fatimə ağıllı, hər şeylə maraqlanan, ünsiyyətcil bir uşaq olub. Rəsm çəkməyi, musiqiyə marağı, şəkilli kitablara baxıb hekayə qoşmağı və bütün uşaqlar kimi oyuncaqlarla oynamağı sevib. Məktəbə gedənə qədər hərfləri və rəqəmləri, 100-ə qədər say­mağı Arif babası öyrədib. Bir yaşından etibarən kitab, jurnal vərəqləməyi sevirdi. Çox vaxt yalandan da olsa, krossvord yazmağı sevib. 
Fatimə: “ - Dərslərimi əla oxuyuram. Sevdiyim fənn rəsm, riyaziyyat və infor­matikadır. Yeni il şənliyində, məktəb və sinifdə bayram tədbirlərində fəal iştirak edirəm. Məsuliyyətli olduğuma görə Sitarə müəllim mənə ən ciddi işləri etibar edir. Ən xoşladığım gün 10 May Gül Bayramıdır. Atam məni həmin gün gəzməyə aparır. Bir də əkiz qardaşlarımın ad gününü çox gözləyirəm. 
Qazandığım uğurlara görə valideynlərimə, Arif və Məhərrəm babalarıma, bir də sevimli müəllimim Sitarə xanıma borcluyam. İstəyirəm görkəmli həkim, ya da diplomat olum. 
Asudə vaxtlarımda şəkil çəkməyi, nağıl oxumağı, əkiz qar­daşlarıma şeir öyrətməyi və onlarla oynamağı xoşlayıram. Və­tən, ana haqqında şeirləri sevirəm və əzbərləyirəm. Gözəl tə­biətimizin şəkillərini çəkməkdən zövq alıram. 
Ən azı 3 dildə danışmaq, valideynlərimə, vətənimə layiqli övlad olmaq istəyirəm. Bunun üçün də dərslərimi əla oxu­ma­lıyam və hər zaman öz elmimi artırmalıyam ki, tarixdə iz qoyam.”

Комментариев нет:

Отправить комментарий