Əmiraslanov Zahir Müşfiq oğlu Qaradağ rayon Ələt qəsəbəsindəki
E. Rzayev adına 127 saylı məktəb VI sinif şagirdidir.
Zahir körpəlikdə çox sakit uşaq olub. Uşaqlıqdan at
minməyə çox həvəsi var idi. Elə indi də kəndə babasıgilə gedib, at minmək üçün
yay tətilini səbirsizliklə gözləyir. Məktəbə gedənə qədər yazıb-oxumağı
bacarmırdı, amma on minə qədər ədədləri asanlıqla toplaya və çıxa bilirdi. Zahir
bütün günü babasının yanında olurdu. Babası müəllim işlədiyi üçün Zahirdə dərslərə
maraq lap körpəlikdən yaranıb.
Zahir: “ - Dərslərimi yaxşı oxuyuram. Bütün fənləri
sevirəm. Ən çox sevdiyim fənlər Azərbaycan dili və riyaziyyatdır. Əlifbanı öyrəndikdən
sonra biz Əlifba bayramını qeyd etdik. Mən çox sevinirdim, çünki artıq
yazıb-oxumağı bacarırdım. Həyatımda ən maraqlı gün ilk dəfə məktəbə getdiyim
gün idi, mən həm sevinirdim, həm də çox həyəcanlı idim. Əldə etdiyim nailiyyətlərə
görə valideynlərimə və ilk müəllimim Ziyarət Rzayeva olmaqla, bütün müəllimlərimə
özümü borclu bilirəm. Təhsilin ən yüksək zirvəsinə yüksəlmək, görkəmli bir elm
xadimi olmaq istəyirəm.
Asudə vaxtlarımda velosiped sürürəm və idmanla məşğul
oluram. Rəsm çəkirəm, adətən heyvanların və təbiət aləminin rəsmini çəkməyə
üstünlük verirəm. Ən böyük arzum universitetə daxil olmaqdır. Vətənimizin
keşiyində durmaq, millətimizin qayğısına qalmaq üçün ən yüksək səviyyədə təhsil
almağa çalışıram.”
Комментариев нет:
Отправить комментарий