Azərbaycan xalq musiqisi dünya xalqlarının musiqiləri arasında öz səciyyəvi xüsusiyyətlərilə seçilir və sevilir. Bu gün muğamlarımızın sədasını dünyanın möhtəşəm konsert salonlarından eşidən hər bir azərbaycanlı qürur hissi duyur. Lakin dünya musiqi tarixində özümüzə daha möhkəm yer qazanmaq istəyiriksə, peşəkar musiqiçilər yetişdirməliyik. Bu gün də dünya musiqi tarixində özünə yer tutmağa layiq istedadlı musiqiçilərimizin olduğunu sübut etmək bizim ən ümdə vəzifələrimizdən biridir.
Haqqında söhbət açacağımız yeniyetmə öz yaradıcılığı ilə xalqının sevimlisi olmaq arzusundadır.
Xanlar Zeynal Abdullayev 23 avqust 1998-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Bakının Əmircan qəsəbəsindəki Albert Aqarunov adına 154 saylı məktəbin X sinif şagirdidir. Eyni zamanda 3 saylı Uşaq İncəsənət Məktəbinin IV sinfində tar ixtisası üzrə musiqi təhsili alır.
Xanlar körpəlikdə çox nadinc uşaq olub. O, körpə vaxtından oxumağı çox sevirdi. Musiqi səsi eşidəndə həvəslə qulaq asardı.
Xanlar məktəbə gedənə qədər şeirlər bilirdi, hərfləri tanıyırdı, yazı yazmağı bacarırdı. Hazırda məktəbdə də dərslərini yaxşı oxuyur. Təhsil aldığı orta məktəbin, eyni zamanda incəsənət məktəbinin bütün tədbirlərində fəal iştirak edir. Əlbəttə ki, onun ayrılmaz atributuna çevrilmiş tarı ilə birgə.
Xanlar ixtisası üzrə Firuz Əliyevə oxşamaq, gələcəkdə tarzən olmaq istəyir. Asudə vaxtlarını da sevimli aləti ilə keçirir. Qəhrəmanımız musiqi sahəsində ən azından xalq artisti adına qədər yüksəlməyi qarşısına məqsəd qoyub.
Комментариев нет:
Отправить комментарий