Mustafayev Əli Məhərrəm oğlu 20 iyul 2002-ci ildə
Bakı şəhərində dünyaya göz açmışdır. Doğulduğu gündən bəri həm ailəsinin, həm də
qohumlarının diqqət mərkəzinə çevrilmişdir. Evin son beşiyi olan Əli ailəsinin
sevinc mənbəyidir. O, lap körpəliyindən yüksək istedadı, dərrakəsi,
çalışqanlığı, hadisələrə bildirdiyi münasibətlərə görə yaşıdlarından
seçilmişdir.
Əli 2006-cı ildə uşaq bağçasına getməyə
başlamışdır. Tezliklə yaşıdları ilə gözəl münasibət quran Əli müəllimlərinin də
sevgisini qazanmışdır.
Qəhrəmanımız
2008-ci ildə Namiq Babayev adına 144 sayılı orta məktəbin I sinifində təhsil
almağa başlamışdır. İlk müəllimi Rəfiqə xanım Əlinin xüsusi istedadlı bir
şagird olduğunu, dərslərin öhdəsindən asanlıqla gəldiyini, çalışqanlığı, dərsə
davamiyyəti, məsuliyyəti, gözəl və səlis nitqi ilə digər şagirdlərə örnək
olduğunu söyləmişdir. Hazırda isə Əli həmin məktəbin VII sinifdə təhsil alır. I
sinifdən indiyə qədər əla qiymətlərlə oxuyan Əli məktəbin ən sevimli şagirdlərindəndir.
Onu həm məktəbin müəllim kollektivi, həm də şagird dostları çox sevirlər.
Dərslərini yaxşı oxumaqdan əlavə, Əli digər sahələrə
də maraq göstərir. Yeni informasiyalar əldə etmək, biliklərini daha da dərinləşdirmək
üçün durmadan araşdırmalar aparır, çoxlu kitab oxuyur. O, yaşının az olmasına
baxmayaraq, tarix, coğrafiya, siyasət, iqtisadiyyat, kəşflər və ixtiralarla
maraqlanır, görkəmli şəxsiyyətlərin həyatları ilə bağlı bioqrafik əsərlər
oxuyur. O fikirləşir ki, bununla, çoxlu maraqlı faktlar öyrənə, həmçinin dahi şəxsiyyətlərin
həyat təcrübəsindən bəhrələnə bilər.
Əli eyni zamanda idmana da xüsusi maraq göstərir. O
şahmat və futbolla məşğul olur. Şahmatla məşğul olduğu qısa müddət ərzində
çoxsayılı yarışlara qatılmış və dərəcə qazanmışdır. Futbol isə Əli üçün əyləncədir.
Dərs zamanı boş vaxtlarında, tətillərdə isə davamlı olaraq futbolla məşğul
olur. Bir neçə yarışda qapıçı kimi iştirak etmiş, qapıdan isə bir dənə belə
olsun top buraxmamışdır.
Əli gələcəkdə yaxşı təhsil almaq, vətəni, milləti
üçün xeyirli bir vətəndaş olmaq istəyir. Bakalavr və magistr təhsilini xaricdə
almaq onun ən böyük arzularından biridir.
Qəhrəmanımız əsgər gedib vətənin keşiyində duracağı
günü də səbirsizliklə gözləyir.
Комментариев нет:
Отправить комментарий