Daim öyrənməyə həvəs göstərən Camal Ceyhun oğlu Qurbanlı 14 mart 2002-ci il tarixində Bakı şəhərində dünyaya göz açmışdır.
Azyaşlı olduğu vaxtlarda belə öyrənməyə,
biliyini artırmağa maraq göstərmişdir. Anası Natəvanan xanımın Camalın körpəlik
dövrü ilə bağlı xatirələri: “ - Camal uşaq vaxtından mehriban və istiqanlı uşaq
olub. Maraq dairəsi çox geniş olub. 3 yaşından rus və ingilis dillərinə maraq
göstərib. Mütəmadi olaraq həmin dillərdə verilişləri izləyər, kitablar oxumağa
cəhd edərdi.”
Camal 2008-ci ildə “Ankara” məktəb-liseyinə getməyə
başlamışdır. Müəllimləri, yoldaşları ilə vaxt keçirməyi çox sevir. Sinifdə öz
yoldaşları ilə daim mehriban münasibətdə olması ilə ideal şagirddir. Məktəbin
kiçik sevimlisi olan istedadlı şagird müəllimlərinə xüsusi rəğbət bəsləyir. Hər
zaman dərslərini hazırlaşan, çalışqan olan yeniyetməmiz qısa zamanda müəllimlərin,
yoldaşlarının sevimlısınə çevrilmişdir. Sinif əlaçısı olan Camal həmişə yaşıdları
arasında birinci olmağa və onlara hər bir çətinlikdə kömək olmağa çalışır. Məktəb
onun həyatında ikinci ev olmuşdur. Onun üçün öyrənmək ən sevimli işdir.
Camal 6 ildir əlaçı olduğunu və bundan sonrakı illərdə
də əlaçı olaraq məktəbi başa vurmağa çalışacağını, fəaliyyəti ilə bağlı heç kimə
oxşamaq istəmədiyini deyir.
Onun ən sevimli fənləri riyaziyyət, ingilis dili və
alman dilləridir. Məktəbin fəal, çalışqan şagirdlərindən olan istedadlımız məktəbdə keçirilən bir çox tədbirlərdə iştirak etmişdir. Hətta “British Council”-də
keçirilən bir çox tədbirlərdə aparıcı olmuşdur. İlk sertifikatını I sinifdə
almışdır. V sinifdən isə “Bitish
Council”-in tədbirində iştirak etməyə başlamışdır. VI sinifdə coğrafiya üzrə
yarışmada I yerə layiq görülmüş və sertifikatla təltif olunmuşdur. Onun indiyə
qədər artıq 12 sertifikatı vardır.
Bütün uğurlarına görə isə özünə və ailəsinə borclu
olduğunu vurğulayır.
Hazırda indiki hədəfi TOEFL imtahanı verib, xaricdə təhsil
almaqdır. Xaricdə təhsilini başa vurduqdan sonra doğma Azərbaycanda işləmək,
bilik və bacarıqlarını vətəninin inkişafı üçün sərf etmək arzusundadır.
Asudə vaxtlarında ingilis dili öyrənməyi, kitab
oxumağı, şəkil çəkməyi, kompyüterlə oynamağı çox sevir. Rəsmlə məşğul olduğu
zaman daha çox portretlər çəkməyə üstünlük verir. Camal inamla, həvəslə çalışır
və gələcəyə dair planlarını həyata keçirmək arzusundadır.
Комментариев нет:
Отправить комментарий