elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 марта 2014 г.

Bağırzadə Zübeyir Firudin oğlu

Bağırzadə Zübeyir Firudin oğlu 25 dekabr 2002-ci ildə Bakı şəhərində dünyaya gəlib. İ. Əfəndiyev adına Elitar Gimnaziyanın VII sinif şagirdidir.
Zübeyir körpəlikdən fərqli olub. Sözə qulaqasan, artıq hərəkətlərə yol verməyən, ağıllı, ünsiyyətcil, düşüncəli, mehriban, həssas uşaq olub. Böyüdükcə maraq dairəsi genişlənirdi. Rəngli şəkilli kitablardan və jurnallardan xoşu gəlirdi. Uşaq ensiklopedik toplusu olan - “Mən dünyanı öyrənirəm” Zübeyirin ən sevimli kitabı idi. 
3 yaşında rəsm çəkməyə başlayıb. Çəkdiyi rəsmlər adamı heyrətləndirirdi. Səyahət etməyi xoşlayır. Səyahət etdiyi yerlərdə tarixi abidələri gəzmək, maraqlı məlumat toplayır. 
Zübeyir islam dininə böyük hörmət və sevgi ilə yanaşır. 6 yaşında namaz qılırdı. Gündəlik həyatında ən çox Məhəmməd peyğəmbərin kəlamlarından bəhrələnir. Buna görə də Zübeyir hər kəsə qarşı səmimi, mehriban, mərhəmətlidir. Ailədə, yoldaşları arasında, məktəbdə böyük hörmət qazanmışdır. Müəllimləri Zübeyiri çox istəyir. 
Məktəbə gedərkən yazıb-oxumağı və çoxlu sayda şeirlər bilirdi. Qardaşı Zeyd dərslərini hazırlayarkən Zübeyir onun yanında oturardı. Zeydin öyrəndiklərini o da öyrənərdi. Musiqiyə marağı 5 yaşında başlamışdır. Qardaşı Zeyd musiqi məktəbinə - fortepiano dərslərinə gedirdi. Zübeyir onunla birlikdə dərsdə oturmağa həvəs göstərirdi. Müəllimin öyrətdiyi əsərləri qardaşından daha yaxşı ifa edərdi. Bu həvəs Zübeyirdə günbəgün artırdı. 
Zübeyir: “ - Musiqi, bədii ədəbiyyat və əcnəbi dillər ilə maraqlanıram. Əlaçıyam. İbtidai sinif müəllimim Vəfa Əhmədova mənə bütün fənləri elə sevdirmişdir ki, fənlər arasında fərq qoya bilmirəm. Məktəbdə keçirilən bütün tədbirlərdə iştirak edirəm. Tədbirlərin mövzusuna uyğun şəkil çəkir, plakat hazırlayıram. Mövzuyla bağlı çıxış edir, şeirlər söyləyirəm, fortepianoda ifa edirəm. Məktəbdə keçirilən rəsm sərgilərində iştirak edirəm. Məktəbdənkənar müsabiqələrdə də iştirak etmişəm. Ən uğurlu günüm Bakı şəhəri üzrə IV sinif şagirdləri arasında keçirilən “İntellektə gedən yol” müsabiqəsində qalib olduğum gündür. Həmin gün müəllimim Vəfa xanım və gimnaziyanın direktoru Sevda xanım birgə Təhsil Nazirliyində keçirilən tədbirə getdik. O qədər müəllimin, şagirdlərin qarşısında diplom almaq mənim üçün böyük fəxr idi. 
Əldə etdiyim uğur və nailiyyətlərə görə ilk növbədə anama, müəllimim Vəfa Əhmədovaya özümü borclu bilirəm. Əsas məqsədim dahi insanlar kimi xalqıma xidmətlərimlə tanınmaq istəyirəm. Kamil insan günəşdən, aydan, ulduzlardan da uca və əzəmətlidir. Həyatda özünə layiqli yer tutmaq üçün hər kəs seçdiyi sənətin nümunəvi peşəkarı olmağa çalışır. Çünki o, sənəti ilə özünü ifadə edir. Balaca yaşlarımda rəssam olmaq istəyirdim. Böyüdükcə elmlərlə tanış olduqca, başqa sahələrə marağım artdı. Seçdiyim sənət poliqlot və gözəl musiqiçidir. Çox dil bilmək istəyirəm. İlk dəfə Quran kitabını əlimə alanda ərəb yazısı xoşuma gəldi. Bu kitabı oxumağa maraq yarandı. Bu maraqla ərəb dilini öyrənmək üçün “Ansar” kursuna yazılmışam. Samirə müəllim bu dilin bütün incəliklərini mənə öyrədir. Bundan başqa ingilis, rus və yapon dilləri ilə də maraqlanıram və öyrənirəm. Musiqi isə mənim həyatımdır. Bu mənim içimdən gələn bir hisdir. Mənə elə gəlir ki, bu hiss mənimlə birlikdə doğulmuşdur. 
Asudə vaxtlarımda kitab oxuyur, rəsm çəkir, musiqi ilə məşğul oluram. Yoldaşlarımla gitarada çalıb-oxumağı xoşlayıram. S. Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsinin V sinfində oxuyuram. Müəllimim Röya Məcidovanın köməyilə dünya şöhrətli bəstəkarlar Bethoven, Şopen, Ü. Hacıbəyov, F. Əmirovun əsərlərini öyrənirəm. Məktəbdə keçirilən konsertlərdə iştirak edirəm. Fortepianodan əlavə gitara və skripka alətlərində ifa etməyi öyrənirəm. Bədii ədəbiyyatı çox sevirəm. Hələ 5 yaşında böyük şairimiz C. Cabbarlının müqəddəs “Ana” şeirini əzbər söyləyərdim. N. Gəncəvinin, M. Füzulinin, M. Şəhriyarın, S. Vurğunun, B. Vahabzadənin şeirlərini sevə-sevə oxuyuram. Özüm də bir-iki şeir yazmışam. “Ana”, “Kitab”, “Fəsillər”, “O gecə”. 
Gələcəkdə müdrik, güclü və cəmiyyətdə lazımlı, Vətənimə, xalqıma, ailəmə layiq övlad, xeyriyyəçi olmaq niyyətindəyəm. Eli üçün, xalqı üçün, vətəni üçün çalışan həmişə yaşayır.” 

              ANA

Ana əziyyətiylə yaranmışıq biz,
Anadan başqa bizə daha nə əziz?!
Dil açanda söylənən kəlmə hansıdır?
Müqəddəs varlıq olan gözəl anadır!
Anaya qiymət verməyən insan tapılmaz,
Varsa da belə insanın imanı olmaz.
İmanlı insan sevər anasını,
Qoruyar özünü, həm imanını!

Комментариев нет:

Отправить комментарий