İnam hissi insanların məqsədə çatmalarına kömək edir, bu yolda bütün çətinliklərin aradan qaldırılmasına, öz qüvvəsi və bacarığı sayəsində qarşısına qoyduğu məqsədə çatacağına stimul yaradır. Bəylər də öz qüvvə və bacarığına inanır. Məhz özünə olan inamı onun gözəl kamança ifaçısı kimi yetişməsində, neçə-neçə konsertin iştirakçısı olmasında böyük rol oynamışdır.
Bəylər Zeynal oğlu Abdullayev 28 fevral 2001-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Bakının Əmircan qəsəbəsindəki Albert Aqarunov adına 154 saylı məktəbin VII sinif şagirdidir. Eyni zamanda 3 saylı Uşaq İncəsənət Məktəbinin IV sinfində musiqi təhsili alır.
Qəhrəmanımızın uşaqlıqdan musiqiyə böyuk həvəsi olub, yaşıdlarından musiqi duyumunun güclü olması ilə fərqlənib. Hələ balaca vaxtından kamança alətindən xoşu gəlirdi. Bunu təbii qəbul etmək olar. Axı Bəylər Azərbaycanın tanınmış xanəndəsi, xalq artisti Ağaxan Abdullayevin qardaşı oğludur.
Bəylər məktəbdə də dərslərini yaxşı oxuyur. Azərbaycan dili, ədəbiyyat, musiqi fənlərini çox sevir. İstər orta məktəbdə, istərsə də incəsənət məktəbində keçirilən bütün şənliklərində sevimli kamancası ilə iştirak edir.
Bəylər: “ - Həyatımda ən sevimli günüm əlimə ilk dəfə kamança alətini aldığım gündür. Musiqi sahəsində uğur qazanmağımda atama və kamança müəllimimə borcluyam. Habil Əliyev mənim idealımdır. Gələcəkdə onun kimi böyük sənətkar olmaq istəyirəm.”
Комментариев нет:
Отправить комментарий