elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 марта 2014 г.

Kənan Camal oğlu Məmmədov


 
 
 

Kənanın adı atası və bibisinin istəyi ilə qoyulub. Kənan evin boyuk uşağıdı. O məktəbə gedənə qədər saymağı, şeir deməyi, rəsm çəkməyi bacarırdı. Balaca yaşlarından onun rəsmə böyük marağı var idi. 4 yaşında Binəqədi rayonudakı 177 saylı körpələr evi-uşaq bağçasına gedən Kənan burada yazmağı və oxumağı öyrənir.
2011-ci ildə Binəqədi rayonundakı 248 nömrəli tam orta məktəbin I sinfinə daxil olub, hazırda həmin məktəbin IV sinfində təhsil alır.
Kənan Camal oğlu Məmmədov 2005-ci il sentyabrın 6-da Bakı şəhərində anadan olub. Bütün dərslərindən əla qiymətlər alır. Onun riyaziyyata xüsusi marağı var. Məktəb daxilində təşkil olunan yarışlarda həmişə fəal iştirak edən Kənan müəllimləri və sinif yoldaşları arasında xüsusi hörmətə malikdi.
Sinif rəhbəri Kamilə Mədətova: “ - Kənan tərbiyəli, mədəniyyətli bir uşaqdır. Hiss olunur ki, milli-mənəvi dəyərlərə önəm verən bir ailədə böyüyür. O, gözəl dostdur. Həmişə sinif yoldaşlarına yaxşılıq etməyə çalışır. Bilik yarışlarında, məktəbdaxili müsabiqələrdə həmişə öz qrupuna, komandasına uğur qazandırır. Gələcək həyatında Kənana  uğurlar arzu edirəm ”.

Onun  dərslərdən əlavə sosial fəaliyyətləri də var. Kənanın bir sıra əl işləri müəllimləri tərəfindən yüksək qiymətləndirilib. Mütəxəssislərin fikrincə bu sahədə böyük uğurlar əldə edə bilər. Bundan başqa Kənan idmanın üzgüçülük növü ilə də məşğul olur. Futbol oynamaq əsas hobbilərindəndir. “Real-Madrid” komandasının azarkeşidir. Ən çox sevdiyi futbolçu Ronaldodu. Həyatinin ən yaddaqalan günü “Əlifba bayramı” olduğunu deyir Kənan. Həyatda qazandığı uğurlara görə valideynlərinə və müəllimlərinə borclu olduğunu deyir. Ən böyük arzusu vətəninə, ailəsinə, millətinə xeyirli övlad olmaqdır. Biz də Kənanın arzularına qoşuluruq.

Комментариев нет:

Отправить комментарий