Sadıqzadə Fatimə Rauf qızı 27 mart 2002-ci ildə
dünyaya göz açıb. Fatimə Bakı şəhərində anadan olsa da, Füzuli rayonunun Çimən
kəndində qeydiyyatdadır.
Bu ad ona boş yerə verilməyib. Fatimə islam təqviminə
görə məhərrəm ayında anadan olub. Ona görə də adı Məhəmməd peyğəmbərin qızı
Fatimənin şərəfinə qoyulub.
Fatimə körpəlikdən istedadlı uşaq olub. Onun natiqlik
qabiliyyətinin şahidi olan hər kəs jurnalist olacağına inanır. Fatimə həmişə
yeniliyə can atır, yeni kəşflər etməyi sevir. Uşaqlıqdan rəqsə böyük həvəsi
var. Bayramlarda ailəarası tədbirlər keçirməyi çox sevir və həmişə tədbirin
aparıcısı olur.
Fatimənin anası müəllimdir. Məktəbə gedənə qədər və
məktəb dövrü onunla səylə məşğul olub. O da anasının və müəllimlərinin əziyyətini
itirmir, hər gün bir az da səylə çalışır.
Fatimə 2008-ci ildə Binəqədi qəsəbəsindəki Rövşən
İmanov adına 205 saylı tam orta məktəbin I sinfinə qədəm qoyub. Hazırda VI
sinfi əla qiymətlərlə bitirib. 6 il ərzində daim dərslərini əla qiymətlərlə oxuyub.
Sevimli fənləri Azərbaycan dili və riyaziyyatdır. O məktəbdə keçirilən bayram tədbirlərində
də mahnı oxumaq, şeir söyləməklə fəal iştirak edir. İki dəfə fənn olimpiadalarında
iştirak edib. 2012-ci ildə Azərbaycan dili və ədəbiyyat üzrə, 2013-cü ildə
riyaziyyat fənni üzrə I yerə layiq görülüb.
Fatimə: “ - Ailəmlə keçirdiyim vaxtlar və iştirak
etdiyim yarışmalarda uğur qazandığım günləri həyatımın ən önəmli anları hesab
edirəm. İbtidai sinifdə məktəbin ictimai işlərində fəal iştirakıma və təhsildə
fərqləndiyimə görə tərifnamə ilə təltif olunmuşam.
Əldə etdiyim uğur və nailiyyətlərə görə valideynlərimə
və müəllimlərimə borcluyam. Məktəbi uğurlu bitirməyi və universtetə daxil
olmağı hədəfləmişəm. Gələcəkdə jurnalist olmaq istəyirəm. Çünki yaxınlarım bu
işdə bacarıqlı olacağımı söyləyir. Ən böyük arzum bir jurnalist kimi Qarabağda
müsabiqə keçirməkdir.
Asudə vaxtlarımda kitab oxumağı, televizora baxmağı
və rəqs etməyi xoşlayıram.”
Комментариев нет:
Отправить комментарий