Gövhər Əli qızı Muxtarova 1 yanvar 2004-cü ildə Hacıqabul rayonu, Navahi kəndində anadan olub. Hazırda Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsindəki Elman Rzayev adına 127 saylı orta məktəbdə oxuyur.
Gövhər nənəsinin adını daşıyır. Deyirlər insanın adı onun xasiyyətinə və taleyinə təsir edir. Gövhər hələ uşaq yaşlarında nəinki öz yaşıdlarından, hətta özündən 2-3 yaş böyüklərdən fikirləri, rəftarı və davranışları ilə fərqlənirdi. Gövhər 4 yaşında oxumağı, 5 yaşında isə yazmağı qardaşı Zəbulladan öyrənmışdir. O, kitabı əks tərəfdən oxumağı xoşlayırdı.
Məktəbə getdiyi gündən ibtidai sinif müəllimi Yeganə Əsgərovanın nümunəvi pedaqoqlardan olması Gövhərdə oxumağa və yazmağa həvəsi daha da artırdı. Onun bu həvəsi yeni uğurlara yol açırdı, dərsində və imtahanlardakı nailiyyətləri nəinki ibtidai sinif müəllimləri, hətta məktəbin əsas fənn müəllimləri arasında təqdirə layiq görülür və tərifnamələrlə qiymətləndirilirdi. Buna baxmayaraq Gövhərin təvazökarlığı müəllimlərinə onu daha da sevdirirdi. Sinif müəllimi nümunəvi davranışına görə Gövhəri, sinfin gövhəri adlandırırdı. Gövhər Azərbaycan dili və riyaziyyat fənninə xüsusi diqqət ayırır. BDU-nun tətbiqi riyaziyyat fakültəsinə daxil olub, dövlətimizin inkişafında zəhmətinin olmasını istəyir.
Комментариев нет:
Отправить комментарий