Günay Vilayət qızı Rusifit 22 mart 1991-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Xətai rayonundakı 293 saylı məktəbin I sinfinə daxil olub. 1999-cu ildən isə Nizami rayonundakı 220 saylı məktəbdə təhsilini davam etdirib. 2009-cu ildə həmin məktəbi bitirərək Azərbaycan Dillər Universitetinin tərcümə (Azərbaycan-italyan dili) fakültəsinə daxil olub. Təhsildən əlavə rəqs və voleybolla məşğul olub.
Günay: “ - İtaliya dövlətinə marağım olduğu üçün bu ixtisası seçmişəm.
Orta məktəbi əla qiymətlərlə oxumuşam. Ən sevimli fənnim ingilis dili olub. Dəfələrlə olimpiadalarda iştirak etmişəm. 2004-cü ildə “Dahilər sorağında” layihəsində 3 turun qalibi kimi 1 aylıq kurs keçib sertifikat əldə etdim. 2007-ci ildə beynəlxalq Mondialoq yarışmasında iştirak etmişəm. 2008-ci ildə Amerika-Azərbaycan əlaqə və mübadilə proqramı layihəsinin iştirakçısı olub sertifikatla təltif olunmuşam. “Avropa” hotelində AP-220 şirkətinin ingilis dilində təqdimatını etmişəm.
Ali məktəbdə əla oxumuşam. Sevimli fənlərim italyan və fransız dilləri olub. İtaliya səfirliyinin xəttilə təşkil olunmuş Peruca Universitetində təhsil almaq üçün keçirilən müsabiqənin qalibi olmuşam və 2011-ci ilin aprel-may aylarında orada dil kursu keçmişəm.
Sevdiyim ixtisasa yiyələnməkdə özümü müəllimim Gözəl xanıma borclu bilirəm.
Ali məktəbi bitirdikdən sonra səfirlikdə işləmək arzusundayam. Ən böyük arzum isə Azərbaycanın İtaliyadakı səfiri olmaqdır.”
Комментариев нет:
Отправить комментарий