elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 марта 2014 г.

Validə Nail qızı Bayramlı

 
Validə Nail qızı Bayramlı 6 aprel 2006-cı ildə Bakı şəhərində anadan olub. Hələ 3 yaşında ikən şəkilli kitablara maraq göstərir, çoxlu suallar verirdi. 4 yaşında ikən Azərbaycan dili kitabındakı bütün şeir və hekayələri əzbər danışırdı. Yazıb-oxumağı bacarmadığı üçün valideynlərinin bir dəfə oxuduğu şeir və hekayələri dərhal əzbərləyirdi. 100-ə qədər saymağı bacarırdı. Toplama və çıxmaya aid məsələ və misalların həllini tez bir zamanda şifahi olaraq söyləyirdi. Validənin təhsilə həvəsini görən atası onunla fərdi məşğul olmağa başlayır. Artıq 5 yaşında yazmağı və oxumağı öyrəndi. Hazırda atası ona III sinif riyaziyyat dərsliyindəki materialları başa salır. Validə bütün bunları asanlıqla qavrayır. Bir sözlə, Validənin çox güclü hafizəsi var. 
Validə: “ - 2012-ci ildə Ələt qəsəbəsindəki E. Rzayev adına 127 nömrəli məktəbin I sinfinə qəbul olmuşam. Hazırda həmin məktəbin II sinfini əla qiymətlərlə bitirmişəm. Dərs əlaçısıyam. Bütün fənlərlə yanaşı riyaziyyat fənnini daha çox sevirəm. Eyni zamanda ingilis dili fənnini də çox sevirəm. Bu dildə danışmağı bacarıram. Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edirəm. 20 Yanvar, Xocalı faciəsinin anım günü tədbirlərində iştirak etmişəm. Həkim qız rolunda yaralıların yarasını bağlamışam. Həyatımda ən yaddaqalan günüm I sinfə həvəslə getdiyim gün olub. Bu günü həmişə çox həvəslə gözləmişəm. Uşaq bağçasına gedən yol məktəbin qarşısından keçirdi. Məktəbə gedən uşaqları görəndə, məktəbə gedəcəyim günün tez gəlməsini arzulayırdım. 
Ən uğurlu günüm qalibiyyət qazandığım günlər olub. Həm məktəbdaxili, həm də Sahil qəsəbəsindəki “Yeni Şəfəq” Tədrisi Mərkəzi tərəfindən fəxri fərmanlar almışam. 31.05.2013-cü ildə I, 31.05.2014-cü ildə II sinfi əla qiymətlərlə bitirdiyimə görə oxuduğum məktəb, 16.03.2014 və 18.05.2014-cü ildə isə “Yeni Şəfəq” Tədris Mərkəzi tərəfindən fəxri fərmanlarla təltif olunmuşam. 
Arzum böyüyəndə ya həkim, ya da müəllim ol­maqdır. Körpələri müalicə etmək mənim üçün ən sevimli peşədir. Televiziya kanallarında Xocalı qır­ğı­nında günahsız körpələrin vəhşi cəlladlar tərəfindən işgəncəli ilə öldürüldük­lə­rini gördükdə, düşünürəm ki, kaş həkim olaydım, o körpələrin harayına çataydım, onların yaralarını müalicə edib həyata qaytara biləydim. Həkimlik peşəsinə sevgi məndə o vaxtdan oyanıb. Asudə vaxtlarımda kiçik bacım Cəmilə ilə məşğul oluram. Ona hərfləri, saymağı öyrədirdəm. Mən müəllim, o da şagird olur. Müəllimlik peşəsini də çox sevirəm. Ona görə də bacımla tez-tez “müəllim-şagird” oyunu oynayıram. Bu iki peşəni çox sevirəm. Ona görə də hələ seçim edə bilmirəm. Yəqin ki, böyüdükcə fikirlərim formalaşar, bir nəticəyə gələrəm. 
Əgər həkim olsam, adlı-sanlı şərəflə öz həkimlik borcunu xəstələrə həsr etmiş, əsl Hippokrat adına layiq görülmüş həkimlərimizə, müəllim olsam həm atama, həm də öz müəllimim Ziyarət müəllimə oxşamaq istərdim. Bunun üçün çalışacağam ki, həmişə birinciliyi əldə saxlayım.”
Validə məktəbi əla qiymətlərlə bitirib, ali məktəbə qəbul olmaq istəyir. Validə əldə etdiyim nailiyyətlərə görə həm müəllimlərinə, həm də valideynlərinə borclu olduğunu deyir.

Комментариев нет:

Отправить комментарий