elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 марта 2014 г.

ATASININ YOLUNU DAVAM ETDİRƏCƏK

Bu oğlanın adını ailənin yaxın dostu Qənimə xanım qoyub. Elmir evin üçüncü övladıdr. Yəqin ki, sülh, dostluq mənasını verdiyinə görə bu adı seçib. Elmir körpəlikdə çox meh­riban və dünyagörüşlü olub. Maraqları çox geniş idi. Təzə nə görsə onu cəlb edirdi. Paltar, kitab, dəf­tər, ən çox qəzetləri xoşla­yırdı. Suallar çox verirdi, düzgün cavabları tez başa düşürdü. Təbiətdə işləmə­yi, gəzməyi, səliqə-səh­man yaratmağı daha çox sevirdi. Məktəbə qədər yaz­ma­ğı və oxumağı ba­carırdı. Bacısı özü də orta mək­təb­də istedadlı şa­gird, dərs əlaçısı olduğu üçün onu hərtərəfli hazır­la­yırdı. 
Kiçik yaşlarından biologiya fənnini sevir. V sinifdən anası biologiya müəllimi, həm də sinif rəhbəridir. Atası uzun müddət aqronom işləyib. Hazırda Oğuz rayon Bitki Mühafizə Mərkə­zinin rəisi işləyir. Atasına bitkiçiliklə bağlı məlumatların toplan­ma­sın­da yaxından köməklik göstərir. Uşaqlıqdan deyir ki, ­ atam kimi aqronom olacam. 
Elmir Yengibar oğlu Məhərrəmov 1997-ci il dekabrın 26-da Oğuz rayon Kərimli kəndində anadan olub. 2003-cü ildən Kə­rimli kənd orta məktəbinin I sinfinə qədəm qoyub. Hazırda həmin məktəbin X sinfində oxuyur. I sinifdən dərs əlaçısı, sinif nümayəndəsidir. Fəal ictimaiyyətçidir. Məktəbin bütün ictimai işlərində yaxından iştirak edir. İngillis dilinə də maraq göstərir. Həftənin iki gününü ABŞ vətəndaşı Parkerin məşğələlərində iştirak edir. Məktəbdə Parkerin yaxın bələdçisidir. Qardaşı El­gün idman müəllimi, futbol məşqçisi olduğu üçün futbola maraq göstərir. Futbol yarışlarında, zona yarışlarında dəfələrlə iştirak edib. 
Elmir deyir: “ - Dərslərimi əla qiymətlərlə oxuyuram. ­, fizika, kimya, biologiya fənlərini daha çox sevirəm. Məktəbin bir çox tədbirlərində iştirak etmişəm. Bu il Kiçik Akademiyanın prezidenti seçilmişəm. Həyatımda ən maraqlı gün I sinfə qədəm qoymağımdı. Ona görə ki, mənim üçün müəllimlər, tanımadığım uşaqlar çox maraqlı idi. 2007-ci ildə “Tumurcuq” qəzetində dərs əlaçısı kimi şəklim çıxıb. Bütün sinif şagirdlərindən həm dərs əlaçısı, həm də fəal ictimaiyyətci olmağımla seçilmişəm. H. Əli­yevin anım günu münasibəti ilə “H. Əliyevin ideyaları ölməzdir” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsində I yer tutdu­ğuma, 2012-ci ildə “İlin ən yaxşı şagirdi” müsabiqəsində qalib olduğuma görə məktəb direktoru tərəfindən yenə fəxri fərmanla təltif olunmuşam. 2013-cü ildə məktəb olimpiadasının qalibi oldum. Biologiya fənni üzrə respublika turunda IV yerə çıxdım. 
Məktəbdə bütün uğurlarıma görə ibtidai sinif müəllimim Çimnaz xanıma, anama, eyni zamanda bütün fənn müəllimlə­rimə borcluyam.
Asudə vaxtlarımda təbiətdə işləməyi, gəzməyi, top oynamağı və bilgisayarda məlumatlar toplamağı xoşlayıram. 
Məktəb daxilində tədbirlərdə kiçik səhnəçiklərdə iştirak etmişəm. Musiqini xoşlayıram, sintezator çalmağı baçarıram. 
Valideynlərimin ən böyük arzusu mənim yüksək elmi nailiy­yətlər qazanmağımdır. Onların arzularını həyata keçirsəm özü­mü çox xoşbəxt hiss edərəm. 
Şer deməyi xoşlayıram, futbol dərnəyinin üzvüyəm. Rəqs et­məyi baçarıram. Ən çox musiqi alətlərində çalmağı xoşlayıram. 
Gələcəkdə ali təhsilli kənd təsərrüfatı mütəxəssisi olmaq, ata­mın yolunu davam etdirmək, ailəmə, vətənimə layiq övlad olmaq istəyirəm. Yuxarı siniflərdə bu fikrə düşmüşəm. Bioloq­ların əha­təsində olduğuma görə.”
e-mail: elmir.oguz@mail.ru

Комментариев нет:

Отправить комментарий