Novruzov Aleksandr Mehman oğlu 29 iyul 2002-ci ildə
Moskva şəhərində dünyaya göz açıb. Uşaqlıqda Aleksandr quraşdırıcı leqolardan müxtəlif
qurğular (malikanələr, qalalar, gəmilər, təyyarələr) yığmağı xoşlayırdı. Eyni
zamanda musiqi və nağıllar dinləməyi xoşlayırdı. Məktəbə getməzdən əvvəl
yazıb-oxumağı və saymağı bacarırdı. Dörd yaşında onda ədəbiyyata, tarixə və
kompyüter oyunlarına maraq oyanmış, yaddaşı inkişaf etmiş və ona danışılan hər
şeyi yadda saxlayıb söyləməyi bacarırdı.
Aleksandr I-IV siniflər 169 saylı məktəbdə oxuyub. V
sinifdən təhsilini Maştağa qəsəbəsindəki C. Cabbarlı adına 187 saylı orta məktəbdə
davam etdirib. Hazırda VII sinif şagirdidir.
Aleksandr: “ - 187 saylı məktəbə keçəndən sonra əla
qiymətlərlə oxuyuram. Xüsusilə ədəbiyyata, tarixə, riyaziyyata və ingilis dilinə
marağım var. Şeir yazmağa cəhd göstərirəm. Bağçada və məktəbdə bütün bayram şənliklərində
iştirak etmişəm, şeirlər söyləmişəm. Karate üzrə nümayiş olunan çıxışlarda
iştirak etmişəm. Üzgüçülük üzrə yarışlarda iştirakıma görə fəxri fərman
almışam. İdman sahəsində anam mənə böyük diqqət yönəltmiş, dərslərimdə isə nənəmə
borcluyam.
Ali təhsil almaq, ingilis dilini öyrənmək, dili
yaxşı öyrənmək üçün İngiltərəyə gedib, orda təhsilimi davam etdirmək istəyirəm.
İqtisadiyyatla bağlı peşəyə yiyələnmək istəyirəm.
Asudə vaxtlarımda futbol və kompyüter oyunları ilə
məşğul oluram, kitab oxuyuram. Ədəbiyyata marağım çoxdur və şeir yazmağa həvəsim
var.
Gələcək planlarım: məktəbi əla qiymətlərlə bitirib,
ali təhsil almaq, sayılıb-seçilən şəxsiyyət olmaq, maraqlı işə və kifayət qədər
maddi gəlirə nail olmaq istəyirəm. 10-11 yaşlarında başa düşdüm ki, insanların
hörmətini qazanmaq lazımdır. Bu sahədə qohumum Ağa Dadaşovu nümunə göstərə bilərəm.
O, SSSR Ali Sovetinin deputatı, neftçi, sosialist əmək qəhrəmanı olub. Belə
insan olub tarixin yaddaşına düşmək, əlbəttə hər bir kəsin arzusu olar.”
Комментариев нет:
Отправить комментарий