Əliyev Rəşad Rövşən oğlu 28 iyun 2007-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Binəqədi qəsəbəsindəki R. İmanov adına 205 saylı orta məktəbin şagirdidir. Dərs əlaçısıdır.
Baba, nənə yanında boya-başa çatdığından çox ərköyün uşaq olan Rəşad parkda gəzməyi çox sevirdi.
Bütün uşaqlar kimi oynamağı, əylənməyi sevsə də təhsilə də maraq göstərib. Məktəbə gedənə qədər bir çox həmyaşıdlarından fərqli olaraq həm yazmağı, həm də 10 dairəsində toplama-çıxmanı öyrənmişdi. Çünki anası 4 yaşından onunla ciddi məşğul olurdu. Elə bütün bu hazırlıqların nəticəsidir ki Rəşad məktəbin I sinfi əla qiymətlərlə başa vurdu.
Rəşadın təhsil sahəsində əldə etdiyi nailiyyətlərdə, əlaçı şagird kimi formalaşmasında sinif rəhbərinin danılmaz əməyi var. Sinif rəhbəri də öz növbəsində şagirdi barədə yüksək fikirlər söylədi. Bu gedişlə Elçinin hələ çox nailiyyətlər əldə edə biləcəyindən söz açdı.
Rəşad riyazıyyat və Azərbaycan dili fənlərini çox sevir. Təhsildən əlavə ictimai işlərdə də fəallıq göstərir. Məktəbdə keçirilən Yeni il gecəsində nümunəvi şagird kimi şeir söyləməklə istirak edib. Gələcəkdə polis olmaq istəyən bu oğlan boş vaxtlarında cizgi filmlərinə baxmağı xoşlayır. Balaca yaşlarından ondan soruşanda “nə olacaqsan?”, həmişə deyirdi ki, polis olacağam.
Ən çox xoşladığı idman növü futboldur. Boş vaxtlarında test suallarını həll etməklə məşğul olur.
Gələcək planları məktəbi əla qiymətlərlə başa vurub ali təhsil almaq, savadlı bir şəxs kimi yetişməkdən ibarətdir.
Комментариев нет:
Отправить комментарий