10 aprel 2006-cı ildə Abdullayevlər ailəsində uzun zamanlıq körpə həsrətinə son qoyuldu. Böyüdükcə valideynlərinin fəxrinə çevriləcək körpəyə atası Ramiz bəy Elcan adı verdi. Elcan yaşa dolduqca valideynlərin sevinci daha da artırdı. Onun nümunəvi insan kimi yetişməsi üçün əllərindən gələni əsirgəmirdilər. Hələ kiçik yaşlarında Elcan özünəməxsus fərdi xüsusiyyətləri ilə digər uşaqlardan fərqlənirdi. Elcan çox sakit, həssas və ağıllı uşaq olub. Şəkil çəkməyə həvəsi çox olan Elcan kiçik yaşlarından yazmağa, oxumağa və xüsusilə hesablamağa, saymağa maraq göstərirdi.
Uşaq bağçasına gedərkən səhnəciklərdə rolları böyük məharətlə ifa edir, sözləri aydın və səlis tələffüz edir, şeirləri intonasiya ilə söyləyirdi. Hələ 2-3 yaşı olanda müxtəlif atalar sözləri, tapmaca, nağıllar bilirdi. Zaman keçdikcə onun digər qabiliyyətləri də üzə çıxmağa başladı.
Elcan Abdullazadə 2012-ci ildə Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 298 saylı orta məktəbin I sinfinə qəbul olunmuşdur. Hazırda II sinif şagirdi olan Elcan bütün fənləri məsuliyyətlə öyrənir. Amma ən sevimli fənni riyaziyyatdır.
Dərs əlaçısı olan Elcan məktəbdə keçirilən tədbirlərin də fəal iştirakçılarındandır. Bu günə qədər siniflərində keçirilən heç bir tədbir Elcansız keçməyib. Müəllimi də ondan razılıq hissi ilə söz açır.
Elcan gələcəkdə hüquqşünas olmaq niyyətindədir. Bu fikrə insanların hüquqlarını müdafiə etmək üçün düşdüyünü deyir.
Asudə vaxtlarını isə rəsm çəkmək və televiziyada intellektual verilişləri izləməklə keçirir.
Комментариев нет:
Отправить комментарий