2006-cı il martın 13-ü günəşli bir bahar günü idi. Həmin gün Tanrı İbrahim Zalovun evinə xoşbəxtlik bəxş etmişdi. Çünki onların evinə, həyatına sevinc gətirən balaca bir oğlan övladları dünyaya gəlmişdi. Valideynlərin sevincinin həddi-hüdudu yox idi. Bu balaca oğlanın adını Bəylər qoydular. Günlər keçdikcə bu oğlan yavaş-yavaş böyüyür, ailəyə şənlik və yenilik gətirir.
Bəylər İbrahim oğlu Zalov Bakı şəhərində anadan olub. İlyas Əfəndiyev adına “Elitar” Gimnaziyanın II sinif şagirdidir. Körpəlikdə çox həssas və çılğın bir uşaq olub. hələ körpə ikən Bəylər yaşına uyğun olmayan maraq dairəsinə malik imiş. O, 3-4 yaşından şeirlər öyrənir, atası ilə dama və domino oynamağı xoşlayırdı. Rəsm çəkməyi isə xüsusilə sevirdi. O hələ məktəbə getməmişdən üzgüçülüklə məşğul olub. Hazırda da bu fəaliyyətlərini davam etdirir. Eyni zamanda rəqs dərnəyinin də üzvüdür.
Məktəbə gedənə qədər Bəylər bütün hərfləri tanıyır, bir çoxlarını isə yaza bilirdi. Riyazi misalları isə özü sərbəst həll edirdi.
Yazıb-oxumağa və şəkil çəkməyə maraq 4 yaşından yaranmışdır. Bu onda daxildən gələn bir həvəs idi.
Hazırda Bəylər dərs əlaçısıdır. Azərbaycan dili, riyaziyyat, ingilis dili və rəsm onun ən çox sevdiyi fənlərdir.
Bəylər oxuduğu müddət ərzində məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edir. Özünün dediyinə görə həyatında ən maraqlı və uğurlu günü məktəbə getdiyi gün olmuşdur. Ona görə ki, məktəbdə bilik və bacarığını daha da dərinləşdirir.
Gələcəkdə polis olmaq istəyir Bəylər. Ona görə ki, Bəylər insanların hüquqlarını qorumağı və onlara xidmət etməyi ən müqəddəs peşələrdən biri hesab edir.
Boş vaxtlarında şəkil çəkməyi və mütaliə etməyi çox sevir. Bəylər digər maraqları bunları danışdı: “ - Ədəbi əsərlərlə xüsusi maraq göstərirəm. Şeirlərə daha çox üstünlük verirəm. Çoxlu şeirlər əzbərləmişəm. Gələcəkdə xalqıma, vətənimə layiq bir vətəndaş, işini sevən, ona canla-başla qulluq edən bir şəxsiyyət olmaq istəyirəm. Bunun üçün mənə əllərindən gələn köməyi edən valideynlərimə, müəllimlərimə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Onların başını savadımla, bacarığımla hər zaman uca edəcəyimə söz verirəm.”
Bəylər haqqında müəllimlərinin də fikrini öyrənmək istədik. Müəllimlərinin Bəylər haqqında fikirlərini belə ümumiləşdirmək olar: “ - Bəylər oxuduğu sinifdə seçilən şagirdlərdəndir. İti yaddaşı, tez qavraması, dərs metodlarında düşündürücü suallarla müraciəti, ümumiyyətlə dərs yükünün öhdəsindən asanlıqla gələ bilməsi onun gələcəkdə savadlı bir mütəxəssis olacağına zəmin verir. Hansı sənəti seçirsə-seçsin, hansı işin ardınca gedirsə-getsin, inanırıq ki, o bu sənətin əsl bilicisi olacaqdır. Ona bu yolda uğurlar arzulayırıq.”
Комментариев нет:
Отправить комментарий