elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

26 февраля 2014 г.

Daim axtarışda olan qız (Türkan Heydərova)

Mənə de - mən yaddan çıxarım.
Mənə göstər - mən yadda saxlayım.
Məni cəlb et - mən oyrənim.
Çin hikməti.
Əziz oxuyucular, oxuyacağınız bu məqalənin qəhrəmanı həmişə qeyri-adi cəhətləri ilə özünü yaxşı mənada cəlb etməyi bacaran XI sinif şagirdi 1996-cı il mayın 2-də Sumqayıtda doğulan Türkan Heydərovadır. Məktəbdə yaxşı oxumağı ilə seçilir. Ən çox sevdiyi fənnlər riyaziyyat və ingilis dilidir. Çox şeylə maraqlanır və maraqlandığı hər bir şeyin özünə qaranlıq qalmasına imkan vermir. Hələ VIII sinifdə oxuyarkən, yəni 2011-ci ildə Sumqayıt İnformasiya Texnologiyalari Akademiyasında HTML üzrə təhsil alıb. Oranı bitirdikdən sonra təcrübə qazanmaq üçün IX sinifdə oxuya-oxuya elə oradaca dərs deməyə başlayıb. Bununla bərabər ingilis dilini də öyrənib. Həmin ilin yayında isə foto, video kurslarına yazılıb. Burada isə həm video, həm də foto çəkməyi öyrənib. Bir sözlə, bu yaşda həm öyrədib, həm də öyrənib. Təbii ki, bu qədər enerjisi aşıb-daşan bir qızın fəaliyyəti bununla bitmir. O özü böyüdükcə, əməlləri, uğurları da böyüyür.
Keçən il, yəni 10-cu sinifdə oxuyarkən “Cağ öyrətim” təşkilatının keçirdiyi “Ana dilimizi sevək, sevdirək” lahiyəsinə qatılıb və bu səbəbdən də Akademiyadan ayrılmağa məcbur olub. Bu zərif məxluq əvvəlcə dekabrın 26-da Sumqayıt birincisi, sonra isı fevral ayının 18-də respublika birincisi olub. Gürcüstanda da iştirak edən Türkan burada olan dörd olkədən, yəni Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistan arasında onun çəkdiyi 4 şəkil və 2 video numayiş olunub.
Bir məqaləsi “168 saat” qəzetində çap olunub. Qardaş ölkə olan Türkiyənin www.sondakika.com saytında da onun haqqında məlumat verilmişdir. Bundan əlavə “İctimai” televiziyanın “Yeni gün” proqramında da bu qızın uğurlarından söz açılmışdır.
Sonraki uğuru isə www.xeberle.com saytında işləməyi olub. Burada sorğular, hətta reportajlar hazırlayıb.
Türkanın dili ilə desək, uğurlarında ona ilham verən, ürəkləndirən, arxasında duran həmişə anası olub. Allah onu sənə çox görməsin.
Türkan bunlarla kifayətlənmir, axtarışlara davam edir, planlar qurur. Gələcək planları arzuları çox böyükdür. Özünün şəxsi işi, şirkəti olmasını istəyir və bu yolda bütün çətinliklərə dözməyə hazırdır.
Türkan boş vaxt demək olarsa - onu da səmərəli keçirməyi xoşlayır. Çox sevdiyi, maraqlı məşğuliyyəti əl işləridir. Qum, şüşə, çay daşlarından maraqlı, gözləri yormayan əl işləri var. Fotolar çəkməyi çox xoşlayır, maraqlı məqamları əldən vermir. Dənizi də çox sevir, dəniz kənarında gəzməyi xoşlayır.
Başqa on birlər kimi o da universitetə sənəd verəcək, qəbul olmaq ən böyük arzusudur. Türkanın anası bizimlə öz fikirlərini bölüşdü: “ - Körpəlikdən hər şeyə can atırdı. 3 yaşında olanda artıq himnimizi oxuyurdu. Şəkil çəkməyə həvəsini görüb rəssamlıq kursuna yazdırdım. 6 yaşında isə idmana marağını hiss edib karate döyüş idman növünə məşqlərə yazdırdım. 8ay bu idman növü ilə məşqul oldu. Rəqsə maraq göstərdi, özü öz üzərində işlədi və öyrəndi. Yadımdadır ki, “Əlifba” bayramında müəllimə ona hədiyyə bağışlayanda gələcəyin rəqqasəsidir” dedi. Bacılari özündən böyük olduğundan o artıq məktəbə gedəndə oxumağı, yazmağı, ingilis dilində şeirlər deməyi bacarırdı. Yaxşı oxuyur, ingilis dilini gözəl bilir.
8-ci sinifə qədər həkim olmaq istəyirdi. Ona görə də ona iynə vurmağı öyrətdim. Sonra isə fikrini dəyişdi, informatika və komputer sahəsinə yönəli. Kurslar bitirdi, öz üzərində çalışmağa başladı, uğurlar qazandı. ”

Tarixin yaddaşında qalmaq üçün qeyri-adi heç nəyə gərək yoxdur. Sadəcə özünə güvənməlisən, inamlı addımlar atmalısan. Bu özü səni tarixə qızıl hərflərlə yazdıracaqdır.” 

Комментариев нет:

Отправить комментарий