elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

24 февраля 2014 г.

Babayeva Aysel Cəfər qızı

 
Aysel Cəfər qızı Babayeva 30 iyun 2000-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Biləcəri qəsəbəsindəki 298 saylı məktəbin şagirdidir.
Aysel körpəlikdə çox sakit, ağıllı və diqqətcil bir uşaq idi. Tez qavrayırdı. Uşaqlıqdan şəkil çəkməyə, yazı yazmağa, qələm-dəftərə çox maraq göstərirdi. Şəkilli kitablara baxmağı və sorğu-sual etməyi sevirdi. Məktəbə gedənə qədər yazıb-oxumağı anasının köməyilə öyrənmişdi. 5 yaşından artıq yazmağı-oxumağı, hesablamağı bacarırdı. Valideynləri onu savadlı görmək istədiklərindən bütün mümkün vasitələrələ Ayseldə təhsilə maraq oyadırdılar.
Aysel: “ - Dərslərimi əla oxuyuram. Bütün fənlər mənim üçün maraqlıdır. Tədbirlərdə fəal olmağa çalışıram. Vətənimiz və şəhidlərimizə həsr olunan bütün tədbirlərdə var qüvvəmlə çalışmışam. Müəllimlərin dediyinə görə tapşırılan işin öhdəsindən layiqincə gəlirəm.
III sinifdə oxuyarkən valideynlərim məni rəqs dərnəyinə qoymuşdular. Orada keçirilən müsabiqlərdə gözəl çıxış etdiyimə görə qardaş Türkiyədə keçirilən festivala aparmaq istədilər. Lakin valideynlərim təhsilimin ön sırada olduğunu nəzərə alıb rəqs məktəbindən kənarlaşdırdılar.
V sinifdə  “Performans” Tədris Mərkəzində keçirilən sınaq imtahanında II yerə layiq görülmüşəm. Təhsildə uğur qazanmağımda əməyi olan hər kəsə, başda ibtidai sinif müəllimim Fatma Nuriyevaya və sinif rəhbərim Sevda Əhmədova olmaqla məktəbin bütün müəllim kollektivinə, təşəkkürümü bildirirəm.
Sənət seçimimdə babam Fəxrəddin Əhmədovun tövsiyələrini diqqətə almışam. Onun arzusu məni savadlı həkim kimi görməkdir. Ürək-damar cərrahı olmaq istəyirəm. Nənəmin ürəyində ağır cərrahi əməlliyyat keçirildikdən sonra yenidən həyata qayıtdı. Bu hadisədən sonra gələcəkdə insanlara yenidən həyat bəxş etmək arzusu ilə tibbə marağım daha da artdı. Həkimlik sənətində savadımla ən uca zirvəyə qalxmaq istəyirəm.
Valideynlərim isə dərslərimi yaxşı oxumağım üçün əllərindən gələni əsirgəmirlər.
Asudə vaxtlarımda bədii kitablar oxumağı sevirəm. Şəkil çəkməyə daha çox üstünlük veririəm. Gələcəkdə planım 700 bal ilə universtetə daxil olmaq, savadlı həkim olmaqdır. Açıq ürək əməliyyatını daha da sadələşdirmək, xəstə insanlara asan və ağrısız əməliyyatla həyat bəxş etmək istərdim.
“Cəmiyyət və Zaman” qəzetinin 26 fevral 2008-ci il tarixli nömrəsində “2a sinfinin əlaçıları” başlıqlı məqalədə şəklimin hörmətli müəllimim Fatma xanımla birlikdə dərc olunması unudulmaz xatirələrimdəndir.”

Комментариев нет:

Отправить комментарий