elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

20 февраля 2014 г.

ƏMİSİ KİMİ QƏHRƏMAN (Kovalyova Valeriya Vitali qızı)

Valeriya Vitali qızı Kovalyova 29 noyabr 2005-ci ildə Ru­siya Federasiyasının Rostov-na-Donu şəhərində dünyaya göz açıb. Bakı şəhər Nizami rayonundakı 145 saylı orta mək­təbin II sinif şagir­didir. 
Valeriya lap uşaq vax­tından aktiv və gülərüz uşaq idi. O daim hərə­kətdə idi, harasa çıxırdı, tul­lanırdı, qaçırdı və gü­nün sonunda gücünün bit­diyi vaxt onun enerjisi hələ də qaynayırdı. Bu hiperaktivlik valideyn­lə­rində onun enerjisini pozitiv istiqamətə yönəltmək lazım olduğu fikrini ya­ratdı.
Valeriyanın atası peşə­kar idmançıdır. Beləliklə onun aktivliyini idmanda sərf olunması ümidi ilə onu idmana göndərmək qərarına gəlirlər. Valeriya 5 yaşında Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Məryəm Quliyevanın rəhbərliyi altında bal rəqsləri ilə məşğul olmağa başladı. Bir aylıq məşqlərdən sonra pedaqoq Valeriyanı paralel olaraq gimnastikaya göndərməyi məsləhət gördü, çünki bu məşğələlər qarşılıqlı əlaqəlidir. Valeriyanın həyatına bir aylıq bal rəqslərindən sonra bədii gimnastika da daxil oldu. 
Valeriya 6 yaşında mərkəzdə keçirilən bal rəqsləri üzrə müsa­biqədə I yeri tutdu. Bədii gimnastika üzrə yarışlarda bir il sonra iştirak etməyə başladı. İlk yarışında III yeri tutdu. Onun gimn­astik məşğələsi üçün vals musiqili müşayiəti seçilmişdi. Valeri­yanın gimnastik elementlərlə uyğunlaşdıraraq necə ürəkdən və həssaslıqla rəqs etməsi münsiflər heyəti və tamaşaçılara gözəl təsir bağışladı. 2013-cü ilin yayında Valeriya artıq üç kompo­zi­siya ilə ən gənc gimnastlar kateqoriyasında bədii gimnastika üz­rə Azərbaycan birinciliyində iştirak etdi və III yeri tutdu. Növ­bəti yarış, bədii gimnastika üzrə Bakı çempionatı, müvəf­fə­qiy­yətsiz oldu. Birinci kompozisiyanı ifa edən zaman Valeriya zədə aldı - biləyi sındı, amma buna baxmayaraq o getmədi, top və iplə iki kompozisiyanı da ifa edərək iştirakını davam etdirdi.
Bal rəqslərində də onun uğurları olmuşdu. Seçim etmək vaxtı çatdı, belə ki, hər iki növün məş­ğələləri artıq peşəkar isti­qamət yönəlir və Va­leri­yanın məktəbə bir il tez getməsinə görə daha çox güc və vaxt tələb edirdi. Beləliklə nəhayət tərəzi bal rəqslərinə meylləndi. 
Hazırda Valeriya 8 ya­şında böyük rəqqaslar üçün normativ olan 10 rəqs oynayır: standart proq­ram üzrə 5 və Latın Amerika proqramı üzrə 5. 
Tərəf müqabili ilə bir­likdə müntəzəm olaraq 14-15 yaşlı cütlüklərin rəqs etdikləri Yeniyetmələr-2 kateqo­ri­yasında müxtəlif yarışlarda iştirak edirlər. 18 yanvar 2014-cü ildə “Trophy Cup-2014”-də onlar II, 9 fevralda bal rəqsləri üzrə Bakı birinciliyində isə III yeri tutdular. 
Bundan başqa Valeriya artıq ikinci ildir ki, “Buta” sarayında kimsəsiz uşaqlar üçün təşkil edilən Yeni il şənliyində, müxtəlif televiziya və konsert proqramlarında iştirak edir. 
Valeriyanın cəmi 8 yaşı var, gələcəkdə onun hansı peşəni seçəcəyini demək tezdir. Amma bal rəqsləri onun həyatına hə­mişəlik daxil oldu - bu birmənalıdır. 
Valeriyanın idmandan da başqa maraqları var. Məktəbə get­məmişdən qabaq Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mər­kə­zində rəsm, bacarıqlı əllər və s. kimi dərnəklərə getmişdir.
Valeriyaya oxumağı anası 5 yaşında öyrətmişdi. Məktəbə o tam hazır getdi. Buna görə də onun I sinfi əlaçı olaraq bitirməsi təəccüblü deyil. İndi II sinifdə ancaq əla qiymətlə oxuyur. Bun­dan başqa beynəlxalq arenada çıxış etmək istəyir, bu da o de­məkdir ki, idmançı öz ölkəsini layiqli təmsil etmək üçün hərtə­rəfli təhsilli olmalıdır. 
Valeriya: “ - Mənim ingilis dili daha çox xoşuma gəlir, çünki anam universitetdə ingilis dilini tədris edir və mənimlə əlavə olaraq məşğul olur. Həmçinin mənim öz əllərimlə nələrsə yaratmaq mümkün olan fənləri sevirəm, məsələn, texnologiya və rəsm. 
Yarışlarda iştirak etdiyim günlər mənim üçün xüsusilə əla­mətdar və unudulmazdır. Düşünürəm ki, mənim müvəf­fə­qiy­yətim - anamın böyük xidmətinin bəhrəsidir. O məni 5 yaşımda bal rəqslərinə gətirdi, mənim üçün məşğələlərə görə şərait yarat­dı, daim mənə kömək etdi və dəstəklədi. Həmçinin müəllimim Məryəm Quliyevanı qeyd etmək və ona təşəkkür etmək istəyi­rəm. Bal rəqslərində bildiyim hər şeyi o mənə öyrətdi və düşü­nü­rəm ki, yolun əvvəlində olduğuma görə daha çox şey öyrədəcək. 
Gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda layiqli təmsil etmək istəyirəm. Əgər rəqslər mənim peşəm olmasa belə yenə də gələcək həyatımda da olacaqlar. 
Boş vaxtlarımı ailəmlə birlikdə hava şəraiti imkan verirsə açıq havada keçirməyi sevirəm. Evdə isə şəkil çəkməyi və nəsə hazırlamağı sevirəm. 
2013 və 2014-cü illərdə Buta sarayında keçirilən yeni il şənliyi Az.TV1 televiziya kanalında yayımlanmışdır. Həmçinin 14 yanvar 2014-cü ildə Lider televiziya kanalında “Səhər çağı” veri­li­şində iştirak etmişəm.”
Sonda bir faktı da xüsusi qeyd etmək istərdik. Valeriya, Azər­bay­ca­nın ərazi bütövlüyü uğrunda həyatından keçmiş, milli qəh­rəman Yuri Kovalyovun qardaşı qızıdır. İnanırıq ki, Valeriya da əmisi kimi Azərbaycanımız üçün hələ çox qəhrəmanlıqlara imza atacaq!

Комментариев нет:

Отправить комментарий