elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 февраля 2014 г.

Köker Mahmud Şevket Kutay oğlu

Köker Mahmud Şevket Kutay oğlu 22 mart 2003-cü ildə Bakı şəhərində anadan olub. Mahmud Şevket İlyas Əfəndiyev adına “Elitar” Gimnaziyada V sinifdə rus bölməsində oxuyur. Dərslərini yaxşı oxuyur. Sevdiyi dərs riyazıyyatdır. Hələ məktəbə başlamadan öncə uşaq bağçasında və məktəbə hazırlıq kursunda yazıb-oxumağı öyrənmişdi. Bağça və hazırlıq kurslarında bayram tədbirlərində Robin Qud, Karabas və digər nağıl qəhrəmanlarının rolunu ifa edib. 
Mahmud Şevket: Həyatımda ən uğurlu gün 2014-cü ildə riyaziyyat üzrə olimpiadada bürünc medal almam oldu. Diplom və medalla təltif olundum. 6 yaşımdan dzyü-do ilə məşğulam. Burada da bir çox nailiyyətlərim var. Klub­lar­arası yarışlarda 5 dəfə I, 6 dəfə II, 3 dəfə III yer tutmuşam. 2012-ci ilin noyabır ayında Türkiyədə keçirilən yarışda Azerbaycanı təmsil edərək III yer qazanmışam. İdmanda qazadıqlarıma görə məşqcim Telman Əhmədliyə təşəkkür edirəm. 
Musiqi ilə də məşğul oluram. 13 saylı Uşaq Musiqi Məktəbinin fortepiano bölümündə V sinifdə oxuyuram. 
Dərslərimdən hər zaman əla qiymət alıram, məktəbdə keçirilən konsertlərdə iştırak edirəm. Bunun ücün müəllimim Könul Nəsirovaya minnətdaram. Xalq mahnıları oxumağı da cox sevirəm. 7 saylı Uşaq Musiqi Məktəbində xalq çalgı alətləri şöbəsində muğam bölümündə III sinifdə oxuyuram. Nənəm şüşalı olub. Musiqıyə əsevgim ailəmdən genetik olaraq keçıb. Ən böyük arzüm başqa ölkələrdə Azərbaycanı təmsil edərək nailiyyətlər qazanmaqdır. 
Boş vaxtlarımda şəkil çəkməyi, kıtab oxumağı, piano çalmağı, konstruktor quraşdırmağı xoşlayıram. Muzeye getməyi çox sevirəm. Bakı və Şəkidəki bütün müzeylərdə, İstanbuldakı Topqapı, Ayasofiya, Yere Batan Sarnıcı, Kapadokiyadakı Pəri bacaları muzeylərində olmuşam. Düşünürəm ki, muzeylərə getmək çox vacibdir. Cünki muzeyler keçmişimizi xatırladır. Mənə görə keçmişini bilməyən gələcəyinin də qədrini bilməz. Sərgiyə, konsertə, sirkə və teatra getməyi xoşlayıram. Teatra her ay 3-4 tamaşaya gedirəm. Opera və Balet Teatrında Şah İsmayıl, Koroglu, Zoluşka və basqa operalarda olmuşam. Tamaşalara anam və 5 yaşlı kiçik qardaşım Davudla gedirəm. Onun da mənim kimi teatrı sevməsini istəyirəm. 
İki il basketbol kursuna getdim. İndi də boş vaxtlarımda basketbol oynayıram. Tennıs, badminton, voleybol, dama oynamağı sevirəm. Hava yaxşı olanda dənizkənarı parkda rolik, buz üzərində konki sürürəm. Resm çəkirəm. İndi də üzgüçülük və tennis kursuna gedirəm. Şahmata getmək istəyirəm. 
Arzularım çoxdur. Cox şeylər bilmək istəyirəm. Hazırda 4 dildə sərbəst danışıram. Azerbaycan, rus, türk və ingiliscə. Daha bir neçə dil də öyrənmək istəyirəm. Amma ən əsası valideyn­lərimə layiqli bir övlad, vətənimə, dövlətimə layiqli bir övlad olmağı arzulayıram.

Комментариев нет:

Отправить комментарий