Leyla Azər qızı Həsənova 4 sentyabr 2007-ci ildə Bakı
şəhərində dünyaya göz açıb. İlyas Əfəndiyev adına “Elitar” Gimnaziyanın I sinif
şagirdidir.
Uşaq vaxtı sakit, təmkinli olub. 5 yaşından rənglərə
meyl göstərib. 2 yaşından rəngləməyi çox sevirdi. 3 yaşından Tofiq İsmayılov
adına Uşaq Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinə yazıldı. Onda gözəl rəqs
istedadının olduğunu hiss edən anası eyni zamanda Leylanı “Cücələrim” rəqs
ansamblına yazdırdı. Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Məktəbə tam
hazırlıqlı olması üçün müəllimlə hazırlaşırdı.
Leyla: “ - Dərslərimi yaxşı oxuyuram, bütün fənləri
xoşlayıram. Getdiyim bağçanın bütün tədbirlərində fəal iştirak etmişəm. Sərgilərim
olub. “Cücələrim” rəqs ansamblında çıxışlarım olub. Bağçanın nəzdində olan “Çiçəyim”
Uşaq Teatr Studiyasının fəal üzvü olmuşam. Müxtəlif rollarım olub: Malvina, Qoğal,
Cücə. Milli rəqsləri, “Qaraçı” rəqsini və bir çox rəqslər ifa etmişəm.
2011-ci ilin dekabr ayında “Ailəmizin yeni il
oyuncağı” adlı müsabiqədə qalib kimi təltif olunmuşam. 2013-cü ilin aprel
ayında Dövlət Yol Polisinin keçirdiyi “Yollarda həmrəy olaq, təhlükədən uzaq
olaq” adlı tədbirində fəal iştirakıma görə simvolik sürücülük vəsiqəsi ilə təltif
olunmuşam. 2013-cü ilin may ayında Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş
sərgidə “Balaca rəssam” diplomu ilə təltif olunmuşam. 2013-cü ilin may ayında 1
İyun - Uşaqların Müdafiəsi Günü münasibəti ilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən
təşkil olunmuş I Uşaq Yaradıcılıq Festivalında fəal iştirakıma görə təltif
olunmuşam. Bu günə qədər əldə etdiyim bütün nailiyyətlərə görə anama borcluyam.
Çalışacağam ki, böyüdükcə təsviri incəsənət
sahəsində yeni nailiyyətlər əldə edim və fərdi sərgilərimi keçirim.
Gələcəkdə ürək həkimi olmaq, çarəsiz insanları həyata
qaytarmaq istəyirəm.
Asudə vaxtlarımda
rəsm çəkirəm.”
Комментариев нет:
Отправить комментарий