elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 февраля 2014 г.

KÖVRƏK QƏLBLİ QIZCIĞAZ

Müjgan Müşfiq qızı Ağazadə 14 dekabr 2002-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Bakı Britaniya Məktəbi­nin (BSB - British School in Baku) şagirdidir.
Müjgan ailənin tək öv­ladıdır, anasının gö­zünün ağı-qarasıdır. Əminliklə deyə bilərik ki, ağıllı və məntiqli uşaqdır. Ən gözəl xüsusiyyəti uşaq oldu­ğu­na baxmayaraq insanlara hörmət et­mək vəzifəsini bilir. Bö­yüklərin atmos­ferindən uzaqda öz ma­raqlı uşaq həyatını tərcih edir. Çox nazlı və küsə­yən­dir. Anası ilə yeganə “problemi” onun yemək men­yusunun özünə­məx­sus olmasıdır. Öz ide­ya­sını və mülahizələrini yü­rüt­mək­də qətiyyətlidir. Mövcud olduğu uşaq dün­yasında özünün ideya və fanta­zi­yalarını başqaları ilə bölüşür. Onun youtube-də seyrçilərə ka­ğız­dan hazırladığı oyuncağın hazırlanma mexanizmini ingilis di­lin­də şərh etməsini görsəniz, düşünərsiniz ki, hansısa ame­rikalı və yaxud avropalı qızcığaz mühüm bir missiya boynuna gö­türüb. O qədər ciddi və əminliklə şərh edir, bəzən insan təəc­cüb edir. Azərbaycanlı olduğunu bilib, ona ünvanlanan müna­sibətləri oxuduqda Nuriyyə xanım bir ana kimi qürur hissi ke­çirir. Bəzən həmyaşıdı olan xalası oğlanlarını toplar, özünün “yarat­dığı” Anten Müjgan FM radiosu şousunu oynar. Bəzilərini vi­deo lentə alıblar. Çox əyləncəlidir. 
Məktəb tətilini səmərəli keçirtməsi üçün Müjgan gitara və üz­güçülük kurslarına gedir. Məktəbdə fəal və yuxarı səviyyəli təh­sil limitində olan şagirdlərdəndir. Vaxtının çox hissəsini bil­gi­sayar arxasında keçirir. Müjganın oxuduğu məktəbin təhsil sistemi bunu müəyyən miqdarda məqbul hesab edir. 
Siniflərinin divar qəzetində kiçik məqalələri işıq üzü görür. Müəllimlərindən davamlı olaraq Müjgan zəngin ingilis ədəbi dili ehtiyatına malik olması, hadisələrə qarşı adekvat münasibət qa­biliyyəti və inşa yazı­la­rında özünəməxsus fan­taziyaları, kiçik heka­yələr yaratmaq xüsusiy­yət­lərini həvəslə qiymət­lən­dirirlər. Keçən il ABS-ın Boston şəhərində baş verən ter­ror hadisəsinə qarşı mək­təbin divar qə­zetində mü­nasibət gös­tərməsi və s. kimi fəal­lıq­ları yalniz ba­laca bir qızın real həyata göstərdiyi məntiqli baxışı deyil, həm də gələcəkdə əsl insan ola biləcəyinin göstəricisidir. 
Müjgan si­nif yoldaşları arasında liderliyini indiyə kimi qoruyub saxlaya bilmişdir. Bunu sinif rəh­bəri təbəssümlə tez-tez qeyd edir. Müjgan gələcəkdə yiyə­lənəcəyi peşəylə bağlı fikrini tez-tez dəyişir. Ən son istəyi gələcəkdə diplomat olmaq, Azərbaycanı hər hansı xarici dövlətdə səfir kimi təm­sil etməkdir. 
Müjgan gələcəkdə səfir olmaqla bərabər, rəfiqələri ilə birgə musiqi qrupu yaratmaq, hətta məşhurlaşmaq fikrindədir. 
Müjgan çox kövrək bir qızdır. Hərdən elə şeylərə kövrəlib ağ­laya bilir ki, onun qeyri real olduğunu izah edənə qədər anası əziyyət çəkməli olur.

Комментариев нет:

Отправить комментарий