Həmid Rafiq oğlu Səlimli 7 noyabr 2004-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 298 saylı orta məktəbin III sinif şagirdidir.
Körpəlikdə çox həssas və çılğın bir uşaq olub. Hələ körpə ikən Həmid yaşına uyğun olmayan maraq dairəsinə malik imiş. O, 3-4 yaşından şeirlər öyrənir, atası ilə dama və domino oynamağı xoşlayırdı. Rəsm çəkməyi isə xüsusilə sevirdi.
Artıq məktəbə gedənə qədər Həmid bütün hərfləri tanıyır, bir çoxlarını isə yaza bilirdi. Riyazi misalları isə özü sərbəst həll edirdi. Bunları tərbiyə aldığı uşaq bağçasında müəllimi Tünzalə xanımın sayəsində öyrənmişdir.
Yazıb-oxumağa və şəkil çəkməyə maraq 4 yaşından yaranmışdır. Bu onda daxildən gələn bir həvəs idi. Hazırda Həmid dərs əlaçısıdır. Azərbaycan dili, riyaziyyat, ingilis dili və rəsm onun ən çox sevdiyi fənlərdir.
Həmid oxuduğu müddət ərzində məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edir. Özünün dediyinə görə həyatında ən maraqlı və uğurlu günü məktəbə getdiyi gün olmuşdur. Ona görə ki, məktəbdə öz bilik və bacarığını daha da dərinləşdirir.
Riyaziyyat müəllimi Təranə Qocaliyevanın onun inkişafında, təhsilə marağının daha da artmasında xüsusi rolu var. Elə bu səbəbdəndir ki, Həmin də riyaziyyat müəllimi olmaq niyyətindədir.
Gələcəkdə bilikli olmaq üçün boş vaxtlarımı da kitab oxumaqla keçirirəm - deyir Həmid.
Комментариев нет:
Отправить комментарий