elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

24 февраля 2014 г.

Orucov Nahid Şahid oğlu


Orucov Nahid Şahid oğlu 24 noyabr 2006-cı ildə Bakı şəhərində dünyaya gəlib. Maştağa qəsəbəsindəki C. Cabbarlı adına 187 saylı orta məktəbin I sinif şagirdidir.
Nahid körpəlikdə sakit bir uşaq olub. Digər həmyaşıdları kimi velosiped sürməyi çox sevirdi. Bununla yanaşı rəqsə də böyük marağı var idi. Nahid dörd yaşından hərfləri, rəqəmləri yazmağı öyrənmişdi. Eyni zamanda xeyli sayda uşaq şeiri öyrənmişdi. Onun təhsilə marağının yaranmasında bacısının xeyli əməyi olub. Bacısı dərslərini hazırlayarkən Nahid onu müşahidə edər və qeyri-ixtiyari olaraq o da öyrənmək istəyərdi. Və beləcə təhsilə sonsuz marağın təməli qoyuldu.
Nahid dərslərimdən əla qiymətlər alır. Azərbaycan dili və riyaziyyata marağı daha böyükdür. Məktəbdə keçirilən tədbirlərdə iştirak edir.
7 yaşlı Nahidin söyləməsinə görə həyatında ən maraqlı və uğurlu gün məktəbə getdiyi ilk gün olub. Bu balaca oğlanın ən böyük arzusu yüksək  bal toplayıb ali məktəbə qəbul olmaqdır. Nahid gələcəkdə polis olmaq istəyir. Özdə sıravı polis yox, zabir olmağı planlayır. Məqsədi isə ölkəmizi pis insanlardan, cinayətkarlardan qorumaqdır. Afərin sənə Nahid!
Nahid asudə vaxtlarında futbol oynamağı xoşlayır.  

Комментариев нет:

Отправить комментарий