elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 февраля 2014 г.

İsgəndərli Fərizə Elxan qızı

 
İsgəndərli Fərizə Elxan qızı 2004-cü ildə martın 23-də Bakı şəhərində anadan olub. Ailənin ilk nəvəsi olan qızcığaz anadan olduğu gündən evlərinə sevinc gətirib. Uşaqlıqdan çox sakit və rahat uşaq olub. Uşaq çağlarından onda musiqiyə həvəs olduğunu hiss olunurdu. Hələ yaxşı danışa bilmirdi, amma eşitdiyi mahnıları oxumağa çalışırdı. Musiqi duyumunun yaxşı olduğu elə o vaxt bəlli idi. Bir dəfə eşitdiyi mahnının musiqisini eynilə sərbəst şəkildə təkrarlayırdı. Uşaq vaxtı televizorun pultunu mikrofon əvəzi tutub mahnı oxumağı çox sevirdi. Özü də istəyirdi ki, oxumazdan əvvəl onu səhnəyə dəvət edirmiş kimi təqdim etsinlər: “İndi isə çıxış edir respublikanın xalq artisi Fərizə İsgəndərli.”
- Babam, atam musiqi ilə məşğul olublar, anamın isə gözəl səsi var. Məncə mənim musiqiyə olan bu həvəsim elə valideynlərimdən keçib. Anam həmişə evdə mahnı oxuyanda mən də qoşuluram. Bacım və qardaşım da mahnı oxumağı çox sevir. Hamımız birlikdə oxuyanda lap maraqlı olur - deyərək Fərizə musiqiyə olan marağını ifadə edir.
Tərbiyə aldığı Səbail rayonundakı 39 saylı uşaq bağçasında Fərizə ən fəal uşaqlardan idi. Bütün tədbirlərdə aparıcı rollarda oynayır, şeirlər deyir, mahnılar oxuyurdu. Həmişə müəllimlərin sevimlisi olub. Məktəbəqədər hazırlıq kursunda da çalışqanlığı ilə hamıdan seçilirdi. Oxuyub yazmağa olan həvəsi açıq hiss olunurdu. Hazırlıqdan sonra da evdə çoxlu əlavə yazı yazırdı, evdəkilərin hamısına məktub yazmağı xoşlayırdı. “Кругозор” məktəbəqədər hazırlıq kursunu bitirdi.
2008-2009-cu illərdə “Dinamo” İdman Klubunda gimnastika dərsləri alıb.
Hazırda Fərizə Nəsimi rayonu 16 saylı Texniki-Humanitar Təmayüllü Liseyin IV sinif şagirdidir. Məktəbə getməyə də çox həvəslidir, dərslərini böyük həvəslə oxuyur, hər gün yeni şeylər öyrənməyə çalışır. Dərslərindən əla qiymətlər alır, uğurları ilə valideynlərini, baba-nənələrini sevindirir. Sinif yoldaşları ilə yaxşı münasibətdədir. Ümumiyyətlə Fərizə həlim xasiyyətli, yolagedən, başadüşəndir. Müəllimləri onu "xanım-xatun qızımız" adlandırırlar. Məktəbdə keçirilən tədbirlərdə də həmişə aktivlik göstərir. Şənliklərdə Белоснежка, Hind şahzadəsi rollarının öhdəsindən məharətlə gəlib.
Fərizənin xarici dilləri götürmək qabiliyyəti də çox yaxşıdır. Valideynlərinin əsasən doğma dildə danışdığına baxmayaraq o, məktəbəqədər hazırlıq kurslarından başlayaraq rus dili bölməsinə gedib. Ana və atasının səyi nəticəsində tez bir zamanda rus dilini götürüb. Babası və nənələri müxtəlif xarici dillərin tədrisi ilə məşğul olduqlarından Fərizənin daha 2 xarici dili mükəmməl öyrənəcəyi dəqiqdir. Bu dillərdən ingilis dilini artıq öyrənməyə başlayıb. Qarşıda isə onu alman dili gözləyir...
Hazırda dərsdən əlavə rəsm və rəqslə məşğul olur. Çəkdiyi şəkillərdə təbiət təsvirlərinə daha çox yer verir, rəngli boyalardan da istifadə etməyi xoşlayır. Xarici rəqsləri çox sevir, amma milli rəqslərimizə daha çox üstünlük verir. Rəqsə gedəcəyi günlərin gəlməyini səbirsizliklə gözləyir.
Musiqi, rəsm və rəqsə olan marağına baxmayaraq Fərizə əsas diqqətini dərslərinə yönəldir.

Fərizə: “ - Dərslərimi həmişə yaxşı oxumaq, valideynlərimin, baba­mın, nənələrimin ümidlərini doğrultmaq istəyirəm. Ali məktəbə daxil olmaq, savadlı göz həkimi olmaq niyyətindəyəm. İstəyirəm hamıya sağ­lam olmağa kömək edim. Göz həkimi olub hamıya kömək edəcəyəm, xəs­tələrə şəfa verəcəyəm, qoy heç kim eynək taxmasın.”

2 комментария:

  1. Mənim gözəlim, günəşim, çiçəyim. Sən məni bibi eləmisən.))))
    Səninlə fəxr edirəm, ümid edirəm ki, sən bizim ümidlərimizi doğruldacaqsan. Həmişə belə ağıllı, sevimli, gözəl, mehriban, xanım-xatın qal, mənim gözəlim, bizim də həmişə sənə baxanda indiki kimi ürəyimiz açılsın.

    ОтветитьУдалить
  2. Arzu eliyirem ki Ferize kimi balalarimizin sayi cox olsun Azerbaycanimizda. Onlar bizim geleceyimizdir. O gun olsun ki, Ferize burda qeyd elediyi ve elemediyi butun arzularina catsin, biz de baxaq, sevinek.

    ОтветитьУдалить