Mustafa-zadə Ayla 23 mart 2004-cü ildə Bakı şəhərində, ziyalı ailəsində dünyaya göz açıb. Quliyevlər ailəsində ilk nəvə olduğundan ailənin böyük məhəbbətini qazanmışdır. Ayla körpəlikdə həssas, şıltaq və diqqətli uşaq olub. Hiperaktivliyi və daim qəliz idman hərəkətləri etməsilə diqqət çəkib. Hələ 3 yaşı tamam olmamış, o uşaq bağçasına getmiş və bütün tədbirlərdə aktiv iştirak etmişdir. Eyni zamanda zümzümə etməyi də yaddan çıxarmayıb. Musiqi müəllimi işləyən Firuzə nənəsi Aylanın aktivliyni görüb, onu Uşaq Filarmoniyasına aparmışdlr. Ayla burada milli və xarici geyimlərin nümayişində iştirak etmişdir. Onun musiqiyə meylli olduğunu görən “Noğullar” qrupunun rəhbərləri Məryəm Əlibəyli və Natiq Qəzənfəroğlu Aylanı öz qruplarına dəvət edirlər. 2010-cu ildə qrupun ilk diski işıq üzü görür. Paralel olaraq Ayla Olimpiya Ehtiyatları Uşaq Gənclər Gimnastika Məktəbində akrobatika ilə məşğul olmağa başlayır və bir neçə diplom və medallarla mükafatlandırılır. Bağça dövründə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən fərqlənmə diplomuna layiq görülmüşdür. 2010-cu ildə 16 saylı Texniki Humanitar liseyinə gedir. I sinifdən Ayla liseyin tədbirlərində aktiv iştirak etməyə başlayır. 2013-cü ildən Əminə Musayevanın rəhbərliyi altında “Təbəssüm” qrupuna dəvət alır. Burada o nəinki qrup şəklində, hətta solo da oxuyur. İldə bir neçə dəfə Rəşid Behbudov adına Mahnı Teatrında konsertlər verilir. 2015-ci ilin aprel ayında “Təbəssüm” qrupu Türkiyədə keçirilən 23 Nisan Cocuk festivalında Azərbaycanı tərənnüm edir və diploma layiq görülürlər. İyunun 1-də Uşaqlar günü “Təbəssüm” Uşaq Musiqili Teatrının 15 illik yubileyi münasibəti ilə teatrın işində fəal iştirakına görə Ayla Mustafa-zadə fərxi fərmanla təltif edilir. Asudə vaxtlarında kitab oxumağı xoşlayır.
Liseyin direktoru Ülviyyə Vəliyeva deyir: “Ayla liseyin ən istedadlı, çalışqan şagirdi kimi hər zaman diqqət mərkəzindədir. Dərsləri yüksək səviyyədə mənimsəyir. Bir çox yaşıdlarından iti, dərin zehni ilə fərqlənir”.
Комментариев нет:
Отправить комментарий