elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

24 февраля 2014 г.

Nigar Nahid qızı Baxışova

Nigar Nahid qızı Baxışova 5 may 2004-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Nigar körpəlikdə çox dəcəl uşaq idi. Bir yerdə sakit otura bilmir, daim özünə yeni oyunlar, yeni bir məşğuliyyət axtarır, bir dəqiqə boş duranda deyirdi: “İndi mən nə edim? Darıxıram”. Hər gün ona yeni nağıl kitabları almağı tələb edirdi. Oxumağı bilmirdi, amma kitablara baxaraq güya oxuyurmuş kimi özündən nağıllar uydururdu. Nənəsi, şair Mehriban Həsənli onun bu kiçik hekayələrinə maraqla qulaq asır, fərəhlə deyirdi ki, “Mənim nəvəm deyəsən yazıçı olacaq, görün nə gözəl hekayələr qoşur”. Kitab-dəftərə marağı çox olduğundan 4 yaşından onu məktəbəqədər hazırlıq kursuna yazdırırlar. Müəllimi bildirdi ki, Nigarın çox güclü yaddaşı var, amma çox hiperaktiv uşaqdır. Dərsdə sakit oturub diqqətini bir nöqtəyə cəmləyə bilmir. Müəllim narahat olmayın, belə hiperaktiv uşaqlar adətən istedadlı olur - deyirdi. 
Nigar 4 yaşında yazıb-oxumağı, 5 yaşında isə 1-dən 10-a qədər toplayıb-çıxmağı artıq bilirdi. Hazırda oxuduğu İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın I sinfinə qəbul olunmaq üçün  uşaqlar çox çətin məntiqi sualları olan yazılı və şifahi imtahandan keçməli idilər. İmtahanları uğurla və yüksək bal toplayaraq I sinfə qəbul olunan uşaqlardan biri də Nigar oldu.
Nigar hazırda gimnaziyanın IV sinif şagirdidir. Dərslərini əla və yaxşı qiymətlərlə oxuyur, müəllimlərinin də sevimli şagirdlərindəndir. Humanitar fənləri daha çox sevir. Gözəl rəsmlər çəkir, rəqs dərnəyinə gedir. Lakin uşaqlıqda olduğu kimi yenə də boş vaxtlarında müxtəlif hekəyələr, nağıllar yazır. Hərdən yazdıqlarını oxuyanda inanmaq olmur ki, doqquz yaşlı uşaq belə maraqlı əhvalat uydura bilər. Ona bu istedad yəqin ki, ədəbiyyat müəllimi və gözəl şair olan nənəsi Mehriban xanımdan keçib. Nənəsinin şeir kitablarında hekayələr də az deyildi. Mehriban nənə nəvəsi Nigarın yazdıqlarını oxuyanda fərəhdən gözləri dolardı. Deyərdi ki, “Nəvələrimin işində deyəsən mənim davamçım Nigar balam olacaq.”
Nigar sinifdə təşkil olu­nan tədbirlərin hamı­sında fəal iştirak edir, nitq qabi­liyyəti və yaddaşı yaxşı oldu­ğundan tədbirlərdə aparıcılıq edir.
Nigar gələcəkdə yazıçı və ya jurnalist olmaq istəyir. Nigar: “ - Bu sahəyə maraq mənə nənələrimdən keçib. Məsməxanım  nənəm körpəlikdən mənə çoxlu nağıl, şeir, uşaq mahnıları öyrədər, çoxlu kitablar oxuyardı ki, mən tez dil açım. Mehriban nənəm isə həmişə uydurduğum hekayələri maraqla dinləyər, məni yeni hekayələr yazmağa həvəsləndirərdi. 
Gələcəkdə yazdığım hekayələrin çap olunmasını, onları başqalarının da oxumasını arzu edirəm. Azərbaycanın tanınmış yazıçılarından biri olmaq, ya da ən azı cizgi filmləri, bədii filmlər üçün ssenarilər yazmaq istərdim. 
Asudə vaxtlarımda kitab oxuyur, rəsm çəkirəm, rəqs dərnəyinə gedirəm. 
Çəkdiyim rəsmlərin mövzusu müxtəlifdir. Ancaq əsasən təbiət mövzusunda rəsmlər çəkirəm. Təbiəti çox sevirəm və bütün insanların təbiəti sevmələrni, onu qoyumalarını istəyirəm. 
Məqsədim məktəbi əla qiymətlərlə bitirmək, ali məktəbə daxil olmaq və gələcəkdə filoloq-yazıçı və ya jurnalist olmaqdır.”

Комментариев нет:

Отправить комментарий