elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

26 февраля 2014 г.

Cavid Məhəmməd oğlu Rzaquliyev



 Cavid Məhəmməd oğlu Rzaquliyev 22 oktyabr 2000-ci ildə Füzuli rayonunda anadan olub. Xətai rayonundakı Hu­manitar Fənlər Təmayüllü Məktəb-liseyin VII sinfində oxu­yur. Cavid lap körpə­lik­dən maraqlı uşaq olub. Hər zaman ətraf­da­kıların diq­qətini cəlb et­mişdir. İlk sözləri “Allah baba”, “Azərbaycan”, “Bakı” kəlmələri olub. Uşaq­lıq­dan ona verilən suallara - fikirləşim sonra deyərəm - deyə cavab ve­rirdi. Ki­çik yaşlarından xə­ritəni çox sevərdi. Azər­baycan xəritəsində Qara­bağı, Ba­kını, Kür və Araz çay­larını göstərirdi. Cizgi filmlərilə yanaşı nağıllara qulaq asmağı da xoşla­yırdı. Cavid 4-5 yaşla­rın­da hərfləri öyrənməyə baş­lamışdı. Məktəbə ge­dən­də də sözləri rahat oxuyur, sadə misal-məsələ həll edirdi. 
Həmyaşıdlarına nisbətən istedadlı olduğu kiçik yaşlarından hiss edilirdi. Kitablara marağı böyük idi. Müəllimləri bildirir­di­lər ki, Cavidin potensialı böyükdür. Bu da Cavidə ruh verirdi və daha çox çalışırdı. 
Cavid: “ - Bütün dərslərim mənə əzizdir. Hər birini sevirəm. Hələ elə olmayıb ki, dərsə hazırlaşmadan məktəbə gedim. Riya­ziyyat, tarix, Azərbaycan dili, ədəbiyyat və coğrafiya ən se­vim­li fənlərimdir. Məktəbimizdə keçirilən bütün tədbirlərdə işti­rak etmişəm. Məntiq yarışlarında, viktorinalarda, “Xəmsə”-də, bay­ram tədbirlərində rolum olub. İngilis dili, biologiya, riyaziy­yat gecələrində iştirak etmişəm. 
Həyatımda ən maraqlı, yaddaqalan günlərimdən biri məktə­bimizin rəhbərliyi tərəfindən 2012/2013-cü tədris ilində fəxri fərmanla təltif olunduğum gündür. Buna görə də məktəbimizin rəhbərliyinə minnətdarlığımı bildirirəm. İdmanla da məşğul ol­mu­şam. Əvvəllər karate, sonra isə üzgüçülüklə. 
Əldə etdiyim nailiyyətlərə görə özümü müəllimlərimə borclu bilirəm. Onların mənim üzərimdə zəhmətləri böyükdür. Buna görə də bütün müəllim­lə­rimə təşəkkür edirəm. Xü­susilə də ri­ya­ziyyat mü­əl­limim Xa­nım mü­əl­li­mə və ta­rix müəl­li­mim La­lə xa­nı­ma tə­şək­kür edi­rəm. 
İlk uğu­rum rayon mək­təb­ləri üzrə fənn olim­piada­larında işti­rak etmə­yim­dir. Azərbaycan tarixi fənnini seçdim və yarışmada fəal işti­rak etdim. 
İstəyirəm ki, ölkəmizə, xalqımıza, layiqli və la­zımlı bir insan olum. Əgər öz işimlə vətənimizə xid­mət etsəm özümü xoşbəxt hiss edərəm. 
Arzum diplomat olmaqdır. Hələ balacalıqdan bu fikirdəyəm. Mənfur qonşularımızın törətdikləri cinayətləri, danışdıqları ya­lanları dinlədikcə diplomat olmaq istəyim daha çox artır. 
Asudə vaxtlarımda televiziyada tarixi filmlərə, bilik yarış­ma­larına baxıram və tarixi kitablar oxuyuram. 
Gələcək planlarımla bağlı onu deyə bilərəm ki, ali təhsil alıb, vətənimə layiq olmaq istəyirəm. 
Tarixin yaddaşına düşən insanlara həqiqi mənada həsəd apa­rıram. Hər zaman bu haqda düşünürəm. Tarixin yaddaşına bir şəxsiyyət kimi düşmək istəyirəm.”

Комментариев нет:

Отправить комментарий