Abdullayev Ramin Rasim oğlu 205 saylı orta məktəbin II
sinif şagirdidir. O, sakit və sözəbaxan uşaq olub. Uşaqlıqdan top oynamağa, dəftərə,
qələmə böyük həvəs göstərib.
Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Məktəbəqədər
hazırlıq kurslarında öyrənib.
Uşaq vaxtından futbola böyük marağı vardı. Həyətdə uşaqlarla oynayırdı və televiziyada futbolla
bağlı bütün verilişlərə maraq göstərirdi. Sonradan isə atasına bildirdi ki, onu
futbola qoysun. Beləliklə Binəqədi Olimpiya Kompleksində futbol məşqlərinə yazılıb.
Ramin orta məktəbdə dərslərini əla oxuyur. Ən çox
sevdiyi fənn riyaziyyatdır.
Uşaqlararası futbol turnirində komandası I yeri tutub.
Onun futbolu sevməyində atasının rolu böyükdür. Futbol
sahəsində arzusu Ronaldo kimi bir futbolçu olmaqdır. Gələcəkdə peşəkar futbolçu
olmaq istəyir.
Asudə vaxtlarında yay fəslində daha çox futbol oynayır.
Qışda isə bilgisayar oyunlarına maraq göstərir.
Gələcək planları arasında ən başlicası “Neftçi”nin azyaşlılar
üzrə komandasına seçilmək durur.
Комментариев нет:
Отправить комментарий