elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 февраля 2014 г.

ŞƏHƏRİMİZİ GÖZƏLLƏŞDİRƏCƏK (Maksim Dmitriyeviç Korşunov)


Maksim Dmitriyeviç Korşunov 27 yanvar 2002-ci ildə Bakı şəhərində doğulub. Hələ uşaq yaşlarından, o hər şeylə maraqlanan və aktiv uşaq olub. LEGO konstruktorundan müxtəlif fiqurlar, layihələr tikmək və puzzle yığmağı onun çox xoşuna gəlirdi. Maksim həmişə müxtəlif hazırlamalar hazırlamağı və rəsm çəkməyi çox sevirdi.
O, dörd yaşından Texniki İncəsənət Mərkəzində yaradıcılıqla məşğul olur. Müəllimi Gülnaz Şevliyevanın sayəsində müxtəlif materiallarla işləyir və yaxşı rəsm çəkir.
Maksim 5 yaşından “Körpə” Uşaq Yaradıcılıq Yaradıcılıq Studiyasında məşğul olmağa başladı. Orada o, oxumağa və yazmağa başladı.
Maksim: “ - Mən 169 saylı məktəbin VI sinfində təhsil alıram. Çox xoşuma gələn fənlər: tarix, riyaziyyat, fizika, nəğmə və bədən tərbiyəsidir. İdmanı çox sevirəm. Dörd yaşımdan mən karate klubunda məşq edirəm və yaşıl kəmərim var. Göyçay şəhərində keçirilən yarışlarda bizim komandamız I yer tutmuşdur. I sinifdən məktəbdə keçirilən bütün tədbirlərdə və bayramlarda iştirak edirəm. Müxtəlif vaxtlarda şəhnələşdirilən tamaşalarda Buratino, Pişik Baziliyo rollarında iştirak etmişəm.
Eyni zamanda “Günay” Uşaq Teatrının üzvüyəm. Burada səhnələşdirilən “Su pərisi” tamaşasında “Osminoqu” oynayırdım. 2013-cü ildə bu tamaşa ilə biz Macarıstana getmişik və orada qran-pri almışıq. Hazırda mən eyni adlı tamaşada “Şelkunçik” rolunu məşq edirəm.
Hər il fevral ayının axırlarında biz “Xocalı” tamaşası ilə çıxış edirik. Yaddaqalan günlərimdən biri FHN yaradılmasının ildönümünə həsr edilmiş hazırlamalar müsabiqəsində I yer tutduğum gündür. Mənim bütün qələbələrimdə mənə köməklik edənlər ailəm - anam, atam və böyük qardaşım olublar. Böyüyəndə memar olmaq, gözəl evlər, stadionlar tikmək istəyirəm ki, bizim şəhərimiz ən gözəl şəhərlərdən biri olsun.”




Комментариев нет:

Отправить комментарий