Nəsibə Malik qızı Vəliyeva 30 sentyabr 2003-cü ildə Bakı şəhərində dünyaya gəlib. Maştağa qəsəbəsindəki C. Cabbarlı adına 187 saylı orta məktəbin IV sinif şagirdidir.
Onun həyata gəlməyi valideynlərinin böyük sevincinə səbəb olub. Nəsibə çox sakit və şirin uşaq olub. Uşaq bağçasına gedəndən rəsm çəkməyi və rəqs etməyi çox sevirdi. Bir ildir ki, rəqs dərnəyinə gedir. Boş vaxtlarında rəsm çəkməyi xoşlayır. Məktəbə gedənə qədər yazıb-oxumağı bağçadakı ilk müəllimi Kəmalə xanımın köməyilə öyrənmişdi. Çox vaxt atası rəsm çəkəndə Nəsibə oturub atasının əlinə baxırdı. Özündən cürbəcür şəkillər çəkirdi.
Mən dərslərimi əla oxuyuram. Bütün fənləri çox sevirəm. Amma riyaziyyat, Azərbaycan dili, ingilis dili, təsviri incəsənəti daha çox sevirəm.
Bir çox tədbirlərdə iştirak etmişəm. “Yenil il”, “Novruz bayramı” və “Əlifba bayramı”nda müxtəlif şeirlər deyib və rəqs etmişəm. Əldə etdiyim nailiyyətlərə görə valideynlərimə və müəllimlərimə borcluyam. Çalışıram ki, vətənimə layiqli övlad olum.
Gələcəkdə orta məktəbi bitirib, uğurla ali məktəbə daxil olmaq, həkim ya da müəllim olmaq istəyirəm. Bağçaya gedəndən müəllim peşəsinə böyük həvəsim var. Çünki müəllim hər kəsə bilik verir. Həkim olmağı, insanların sağlamlığına nəzarət etməsi üçün xoşlayıram.
Boş vaxtlarımda rəsm çəkir, bilgisayarla məşğul olub, dərs hazırlayıram. Azərbaycanın milli rəqslərini ifa etməyi xoşlayıram. Rəsmlərimdə mənzərə çəkməyə üstünlük verirəm.
Комментариев нет:
Отправить комментарий