elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 февраля 2014 г.

Məhərrəm Elşən oğlu Əlizadə


 
Məhərrəm Elçin oğlu Əlizadə 17 fevral 1998-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Biləcəri qəsəbəsindəki 298 saylı orta məktəbin şagirdidir.
Məhərrəm uşaq vaxtı sakit, ağıllı və tərbiyəli idi. Uşaq bağçasında keçirilən tədbirlərdə şeir deyib, mahnı oxuyardı. Elə burada da təhsil yollarında ilk addımını atıb, yazıb-oxumağı öyrənmişdi. Orta məktəbə qədəm qoyandan sonra onun təhsilə, elmə marağı daha da artdı. İndi o, məktəbin əlaçı şagirdlərindən biridir.
Məhərrəm: “ - Ən sevimli fənlərim Azərbaycan dili, ədəbiyyat, insan və cəmiyyət, hərbi hazırlıq, informatikadır.
Hər il məktəbdə keçirilən tədbirlərdə iştirak edirəm. Yeni il şənliyi, 20 Yanvar faciəsi, Novruz bayramı, Xocalı faciəsi kimi tədbirlərin bəzilərində təşkilatçı, bəzilərində aparıcı, bəzilərində şeir deyib, rəsm çəkməklə iştirak etmişəm.
Təhsilə marağamın artmasına yardımçı olduqlarına görə 298 saylı məktəbin direktoru Şaiqə xanıma və müəllim kollektivinə minnətdaram. Mənim bu sahəni seçməyimdə anamın böyük rolu olub.
IV sinifdə oxuyanda məktəbdə keçirilən şeir müsabiqəsində II yerə seçildiyim gün heç zaman unutmayacağım günlərdəndir. Çünki valideynlərimin sevincinə səbəb olmuşdum. Hiss edirdim ki, böyüyəndə də tədbirlərdə iştirak edib uğur qazanacağam. İstərdim ki, ali məktəbdə də və ali təhsili bitirib iş fəaliyyətinə başladıqdan sonra da daim dövlət tədbirlərində iştirak edim.
Gələcəkdə dövlət məmuru olmaq istərdim. IX sinifdən bu fikrə düşmüşəm.
Asudə vaxtlarımı dünya və Azərbaycan xəbərlərinə baxmaqla, xarici siyasi liderləri izləməklə keçirirəm və idmanla məşğul oluram. Qiraətlə məşğul oluram. Ən çox oxuduğum mövzular vətənpərvərliklə bağlı ədəbiyyatdır.
Bu gün üçün əsas məqsədim ali təhsil almaq, əsgər kimi vətənə borcumu verdikdən sonra dövlət qulluqçusu vəzifəsində işləməkdir.”

Комментариев нет:

Отправить комментарий